Alfa Romeo komandası yeni titul sponsor tapıb

Əyləncə biznesinin bir neçə qolunu birləşdirən Stake brendi bu gün komandadan ayrılan Orlen-i əvəz edərək Alfa Romeo komandasının yeni titul sponsoru olub.

F-1.az xəbər verir ki, tərəflər çoxillik müqavilə bağlandığını elan ediblər, bundan sonra komanda Alfa Romeo F1 Team Stake adlanacaq.

Alessandro Alunni Bravi, Sauber Qrupunun İdarəedici Direktoru və komandanın başçısı: “Biz komandanın yeni tərəfdaşı kimi Stake-i alqışlayırıq – bu, hər iki tərəf üçün yeni eranın başlanğıcıdır. Son illərdə Formula1-ə maraq xeyli artıb və Stake kimi brendlərin meydana çıxması göstərir ki, bizim idman onlara öz auditoriyasını artırmağa imkan verir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*