Deyilənlərə görə, namizədlər arasında Ferrari-nin yetirmələri üstünlük təşkil edirlər. Bu siyahıya həm Antonio Covinazzi, həm də Robert Şvartsman, Kallum Aylott daxildirlər. Hətta Mik Şumaxer də Haas-dan Alfa Romeo-ya keçməkdə israrlıdır.
Bunlardan başqa siyahıda Quanyu Çjounun (böyük maliyyə paketi, Çin bazarı), gənc Teo Purşerin və Nik de Frizin adları var. Amma komanda başçısı son namizəd haqqında deyib ki, onun Mercedes-lə bağlılığı bizim üçün ciddi problemdir, bizə Ferrari sürücüləri daha yaxındırlar…