F-1.az bildirir ki, bu gün Barselona trasının pit yolunda Haas komandasının təqdimatından 15 dəqiqə sonra Alfa Romeo komandası yeni maşının rəsmi təqdimatını reallaşdırıb – bu dəfə avtomobil ənənəvi ağ və qırmızı rəng çalarlarına boyanıb.
Kimi Rəykkönen və Antonio Covinatsi fotoqrafların və jurnalistlərin iştirakı ilə maşının üzərindən qoruyucu örtüyü çəkiblər. Təqdimatda komandanın ehtiyat sürücüsü Robert Kubitsa və test sürücüsü Tatyana Kalderon da iştirak ediblər.