F-1.az xatırladır ki, Alfa Romeo həm Belçika, həm də Zandfortda xüsusi rəng çaları ilə yarışmışdı. Lakin komanda bu həftəsonu İtaliyada tamamilə yeni rəng çaları seçəcək.
Bu Alfa Romeo-Sauber tərəfdaşlığının son İtaliya yarışıdır. Alfa Romeo həm buna görə, həm də yeni 33 Stradale-nin təqdimatına görə C43-ün rəng çalarını dəyişib.
Buna görə də bolidə İtaliya bayrağının üç rəngi olan qırmızı, ağ və yaşıl əlavə olunub. Bundan başqa rəng çalarları əvvəlkinə bənzəyir.
Sürücülərin geyimləri və kombinezonlarında da yeni rəng çalarları olacaq.