F-1.az bildirir ki, yeni C43-də ağ rəng olmayacaq. Bolid qırmızı-qara rəng çalarındadır. Bu il həm də Alfa Romeo ilə Sauber-in tərəfdaşlıqlarının son mövsümüdür.
Komandanın titul sponsoru artıq PKN Orlen yox, Stake olacaq. Yeni sponsorun loqotiplərini bolidin müxtəlif yerlərində görürük. İsveçrə təmsilçisi belə görünür ki, C43-ü təqdim edib, amma bolidin son versiyasını cümə günü Barselonadakı çəkiliş günündə görəcəyik.
Komandanın rəhbəri Alessandro Alunni Bravi: “Bir bolidi yığmaq uzun vaxt alır. Buna görə də yeni bolidin təqdimatı bizi qürurlandırır.
Bu gün uzun yolun başlanğıcındayıq. Gücümüzü göstərmək üçün işimizə fokuslanmalıyıq. Komandada hamı özünü bu işə həsr edib. Bunun bəhrəsini görəcəyik”.