Alfa Romeo Bottası göndərmək istəyib?

Son çıxan xəbərlərə əsasən Alfa Romeo komandası Niko Hülkenberqi transfer etmək istəsə də, Haas komandası buna icazə verməyib.

F-1.az xatırladır ki, Alfa Romeo komandası bu günlərdə sürücüləri Quanyu Çjou ilə yeni müqavilə uzadıb. Valtteri Bottasın isə onsuz da 2024-cü ilin sonuna qədər müqaviləsi var. Beləliklə, İsveçrə təmsilçisi növbəti mövsümdə də hazırkı sürücü heyəti ilə yarışmağa davam edəcək.

Lakin Alfa Romeo komandası Quanyu Çjou ilə yeni müqaviləni gözləniləndən bir az gec yeniləyib. İddialara görə bunun əsas səbəni Niko Hülkenberq olub.

İsveçrə mətbuatının verdiyi xəbərə görə komanda Çjou ilə müqavilə yeniləsə də, ilk hədəfləri Niko Hülkenberq olub: “Hinvildəli Sauber-in bazasında artıq uzun müddət idi ki, hərarətli müzakirələr və münaqişələr oldu. Hətta bəziləri iki sürücünün də dəyişdirilməsini istədi. Bir-birlərilə yaxşı yola gedirlər, tərifləyirlər və eyni sözü danışırlar. Bu da doğru deyil.

Sauber Niko Hülkenberqlə danışıqlar apardı, ancaq Haas komandasının rəhbəri Günter Ştayner növbəti mövsüm üçün opsiyonlardan istifadə etdi”.

Həmin mənbənin veridiy xəbərə görə Alfa Romeo-da Felipe Druqoviçin də transferi gündəmdə olub. Lakin komanda sonda Quanyu Çjounun komandada qalmasına qərar verib.

Bundan başqa Valtteri Bottasın komandadan göndəriləcəyi halda ona yüksək məbləğdə təzminat veriləcəkmiş. Buna görə də finlandiyalı sürücünün komandada qalmasına qərar verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*