F-1.az xatırladır ki, İtaliya təmsilçisi keçən mövsümü 8-ci yerdə bitirib və bu il də orta qrupda davamlı xal almaq hədəfindədir.
Komanda yeni bolidini Polşada təqdim etməyi planlaşdırır. Bunun əsas səbəbi isə komandanın titul sponsoru Orlen-dir. Təqdimatın necə olacağı bilinmir, lakin pandemiyaya görə məhdudiyyətlər gözlənilir. Beləliklə, Alfa Romeo yeni bolidini təqdim edən ilk komanda olacaq.