F-1.az bildirir ki, isveçrəlilər Spa-da Kick ilə olan tərəfdaşlığı qeyd etmək üçün xüsusi rəng çaları ilə yarışacaq.
Valtteri Bottas və Xuanyu Çjounun maşını demək olar ki, indiki rəng çalarında olacaq, amma ön qanad başda olmaqla əksər hissələrində neon yaşılı rəngi görəcəyik.
Neon yaşılı bundan başqa sponsor adının olduğu burunda, ön qanadın yan hissələrində, saydpodlarda, arxa qanadda və metal disk qapağında istifadə ediləcək.
Komandanın rəhbəri Alessandro Alunni Bravi: “Kick qurulduğu gündən etibarən öz sektorunun lideridir. Spa üçün hazırladığı dizayn da bu fəlsəfəyə uyğundur. Fərqli, təəccüblü və diqqət cəlb edən rəng çalarıdır”.
Qeyd edək ki, Alfa Romeo bu rəng çalarını ancaq Spada istifadə edəcək. Montsadakı yarışda isə bolid normal rəng çalarına qayıdacaq.