F-1.az xatırladır ki, italiyalı avtomobil istehsalçısı artıq iki ildir ki, Sauber-in titul sponsorudur. Lakin isveçrəlilərin builki zəif performasından sonra Alfa Romeo-nun ayrılmaq istədiyi ilə bağlı şayiələr artıb. Bu isə o deməkdir ki, Sauber adı yenidən idmana qayıdacaq və həm maliyyə, həm də texniki cəhətdən tək qalacaqlar. Lakin Sauber-in sabiq mühəndisi Ossi Oykərinen düşünür ki, İsveçrə təmsilçisi təkbaşına belə yarışa davam edə bilər: “Bu dedi-qodular barədə bir söz demək çətindir. Amma Alfa Romeo getsə də, Sauber qalacaq. Əvvəllər olduğu kimi yarışmağa davam edəcəklər. 2021-ci il reqlamenti gələcəkçün onlaa ümid verir. Formula1 komandaları gələcək üçün daha yaxın büdcələrə sahib olacaqlar. Sauber-in isə həmişə daha az resursu olub. Buna baxmayaraq, bundan maksimum istifadə ediblər”.
Alfa Romeo ayrılır?
Son çıxan xəbərlərə əsasən Alfa Romeo gələn il Sauber-in titul sponsoru olmaya bilər.