F-1.az xatırladır ki, Kimi Rəykkönen və Antonio Covinatsi yarışı müvafiq olaraq 7 və 8-ci yerdə bitirsələr də, yarışdan sonra 30 saniyə cəza almış və onluqdan kənarda qalmışdılar. Bunun səbəbi isə komandanın yarışın qızdırma dövrəsində sürücülərə ilişmə muftası ilə təlimat verməsi olmuşdu.
Frederik Vassyör: “FİA-nın prosedurlarına hörmət edirik. Amma əlimizdəki isbatlarla bu işi lehimizə çevirə bilərik”.
Qeyd edək ki, bu cəzadan sonra Lyuis Həmilton və Robert Kubitsa xal alıblar. Bu, polşalı sürücünün qayıtdıqdan sonrakı ilk xalları olub.