F-1.az bildirir ki, sabiq F1 sürücüsü bu tənqidlərlə razı deyil.
Jan Alezi: “Avstraliya Qran Prisində stüardların qərarları çoxlu mübahisələrə səbəb olub. Xaotik yarışa baxmağın duyğularını başa düşürəm, amma iddialarla razılaşmıram. Məncə, yarış direktoru qaydaları mükəmməl tətbiq etdi.
Hesab edirəm ki, Karlos Saynsın cəriməsi də izah edilə bilər. Futbolda və ya digər idman növlərində hətta oyunun son dəqiqəsində belə pozuntuya görə penalti təyin oluna bilər. Düzünü desəm, Sayns özü səhv etdi, buna görə də cərimələndi”.