F-1.az xəbər verir ki, əvvəlcə həftəsonu ərzində baş tutan məşqlərdə göstərdikləri nəticələrlə ilk onluğa düşən sürücülər mübarizə aparıblar.
Növbəti sessiyada iştirakı davam etdirməyə imkan verən iki vəsiqə uğrunda mübarizə gərgin olub. Son dünya çempionu Françesko Banyaya, mövsümün lideri Marko Bezzekki, daha bir dünya çempionu Fabio Kuartaro, son yarışın qalibi Aleks Rins protokolların ilk iki sətrində qərarlaşmağa çalışıblar. Yekunda Ducati-nin son çempionu bunu bacarıb, amma onunla birlikdə 2-ci sessiyaya KTM-in sürücüsü Brəd Binder adlayıb.
İki sessiya arasındakı fasilə zamanı trasa yağış yağıb. Yağış tez bir zaman kəssə də, tras islanıb, amma sürücülər sürətli dövrələrə slinklərlə çıxıblar.
Tras sürətlə quruyub və hər finişi keçən sürücü protokollarda zirvəyə yüksəlib. Finiş xəttini sonuncu keçən Aprilia-nın sürücüsü Aleş Esparqaro mövsümdə ilk pouluna sevinib. İspaniyalı sürücü doğma avtodromda KTM-dən Cək Milleri və Pramac-dan Xore Martini qabaqlayıb.
Bakı vaxtı ilə saat 17:00-dan Xeresdə sprint yarış baş tutacaq…