Alen Prost: “Pulsuz sürücünün çempionata gəlməsi çox çətindir”

Sabiq Formula1 sürücüsü Alen Prost həmyerlisi Okonun idmandan uzaq qalmasına fikir bildirib.

F-1.az xatırladır ki, Lourens Stroll maliyyə cəhətdən çətinlik çəkən Force İndia komandasını aldıqdan sonra Okon birillik fasilə verməli olub. Bunun səbəbi isə Lourensin komandaya oğlunu gətirməsidir.

Alen Prost: “Müasir dövrdə pulunuz yoxdursa, idmana girmək çətindir. Sürücülərin idmana giriş yaşları get-gedə cavanlaşır. Uşaqlar 4 yaşından kartinqə başlayırlar. Buna da pul lazımdır. Vaxtında Elf-in etdiyi kimi sürücü proqramları Fransada yoxdur. Buna görə də varlı ailələrdən gələn uşaqlar daha üstün olurlar. Gələcək üçün hazırlaşarkən köhnə bolidlərlə testlər edirlər. Komanda sahibi olanda istedadlı sürücü ilə pullu sürücü arasında seçim etməli olmuşdum. İstedadlını götürsəniz, maliyyə cəhətdən ölə bilərsiniz”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*