F-1.az xatırladır ki, ispaniyalı sürücü Mucellodakı sprint yarışının dördüncü dövrəsində qəza edib. Onun qəzası isə ekranda görünməyib.
İnsidentdən sonra tibbi müayinəyə aparılan Rinsin ayağında zədə aşkarlanıb. Onu əməliyyat üçün Florensiyaya aparıblar.
Müayinədən sonra məlum olub ki, Rinsin ayağı qırılıb və tibia, fibula sümükləri zərər görüb.
Bu zədəyə görə İtaliya yarışını buraxan Aleksin növbəti iki ya da 3 yarışda olmayacağı dəqiqləşib.