Aleks Palou yeni rekordla poul qazanıb

Chip Ganassy komandasının sürücüsü və bu mövsümün lideri olan 2021-ci ilin İndyCar çempionu Aleks Palou gələn bazar günü İndianapolisdə baş tutacaq əfsanəvi İndy500 yarışında qələbə qazanmaq üçün ciddi bir addım atıb.

F-1.az xəbər verir ki, Bakıda gecə yarısından xeyli keçmiş bəzən “köhnə kərpic yol” adlanan məşhur oval dövrədə Palou “Sürətli Altılığa” keçən digər beş sürücü ilə qarşıdurmada ən yaxşısı olub.

İspan sürücü dörd sürətli dövrədən ibarət seriyasını orta sürəti 234,217 mil/saatla tamamlayıb. Saatda kilometrlərlə onun nəticəsi, ümumiyyətlə, fantastik görünür – 376.936 km/saat! Və bu, İndy500 tarixində yeni rekorddur!!!

Keçən il Aleks İndy500-ə ikinci mövqedən başlamışdı, lakin bu dəfə heç kim onun nəticəsini keçə bilmədiyi üçün poul qazanıb.

Ed Carpenter komandasından Rinus ViKey öz seriyasının 2-ci və 3-cü dövrələrində daha sürətli olsa da, 1-ci və 4-cü dövrələr Paloudan daha pis alınıb və hətta minimal 0,006 mil/saatlıq fərq də Aleksi poulda saxlamaq üçün kifayət edib.

Üçüncü nəticəni göstərmiş Arrow McLaren-in ən yaxşı sürücüsü Feliks Rosenkvist bu həftəsonu çox stabil olub.

Bir daha xatırladaq ki, hər bir sürücünün qazanmaq istədiyi üçlü tacın əsas yarışlarından sayılan İndy500 gələn bazar günü baş tutacaq…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*