F-1.az xəbər verir ki, Gazzetta dello Sport-un məlumatına görə, o, Macarıstandan bu həftəsonu F3 Avrokubok mərhələsinin keçirildiyi Monzaya yola düşüb. Məsələ burasındadır ki, Aleksin atası Ramon Palou bu gənclər seriyasında çıxış edən Palou Motorsport komandasının sahibidir. Həmçinin Monzada Aleks meneceri, Monaco Increase Management-in qurucusu Salvatore Gandolfo ilə danışıb.
Aleks Palou Formula1-də mümkün perspektivləri barədə suala belə cavab verib: “Hər kəs Formula1-i xəyal edir. Mən dünya çempionatına getməyə hazıram, ancaq şərait yaranarsa. Və kim bilir, bəlkə də tezliklə alınmayacaq…”