F-1.az xatırladır ki, keçən ilə qədər Mercedes-də baş mühəndis olan Aldo bu ildən məsləhətçi kimi işləyirdi.
Qeyd edək ki, 1988-ci ildə Minardi ilə idmana gələn Aldo Kosta Ferrari ilə 8, Mercedes ilə 5 titul qazanaraq, Formula1 tarixinin ən titullu mühəndisi statusuna yiyələnib.
İtaliyalı mütəxəssis Mercedes-dən ayrıldıqdan sonra Dallara Automobil SpA-nın texniki direktoru olacaq. Beləliklə, Kosta ailəsi ilə daha çox vaxt keçirə biləcək.
Aldo Kosta
: “Baş mühəndislik vəzifəsindən gedəndən sonra komandaya dəstək verdim və bundan həzz aldım. Formula1-dən sonrakı iş yerimi araşdırdım. Mercedes-dəki dostlarıma təşəkkür edirəm. Komandanın bir parçası olmaq çox gözəl idi”.