Albert Park trasında işlər tamamlanır

Bu barədə məlumatı Australian Grand Prix Corporation-nın rəhbəri Endryu Vestakott verib. Görülən işlərə 20 milyon dollardan çox pul xərclənib.

F-1.az xəbər verir ki, trasda ötmələrin sayını artırmaq və maraqlı mübarizəyə şərait yaratmaq üçün bir sıra dəyişikliklər edilib. Bunlardan ən əhəmiyyətlisi yavaş keçilən 9-cu və 10-cu döngələrin sürətli şikanaya çevrilməsidir. Bunun nəticəsində sürücülər Lakeside Drive adlanan hissəyə əvvəlki kimi 90 km/saat yox, 150 km/saat sürətlə çıxa biləcəklər və maksimal sürət 330 km/saata çatacaq.

Trasda həm də bir çox döngədə genişləndirmə işləri aparılıb. Vestakott bildirib ki, yenilənmələrdən sonra tras 5 saniyə sürətlənib, yeni bolidlərlə burada ötmələrin sayı əhəmiyyətli dərəcədə artmalıdır. Ötmələrin ən çox gözlənildiyi yer isə 11-ci döngədir.

Qeyd edək ki, trasaın yeni versiyası bazar ertəsi rəsmi Youtube kanalında təqdim olunacaq…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*