F-1.az bildirir ki, 25 nömrə altında iştirak edən Adil Axundov dünyanın ən yaxşı 24 drifterləri arasında 188 xal toplayaraq 11-ci yerə yüksəlib. Bu, münsiflərin qeyd etdiyi kimi ölkəmizin ilk dəfə təmsil olunduğu Red Bull Car Park Drift Dünya Finalında çox uğurlu nəticədir.
“İlk dəfə olaraq Azərbaycanı belə bir çempionatda təmsil etmək mənim üçün qürurverici və təbii ki məəssuliyyətlidir. Çox güclü iştirakçılar var və onlarla yarışmaq əvəzolunmaz təcrübə idi”– deyə Adil bildirib.
Red Bull Car Park Drift Dünya Finalının qalibi isə 15 nömrə altında çıxış edən, Misirdən olan driftçi Hişam Əl Xatib seçilib. O, 261 xal toplayaraq rəqiblərini geridə qoymağı bacarıb.
18 müxtəlif ölkədən qatılan 25 nəfər iştirakçıdan 16-sı dünyanın ən güclü drifterləridir. Onlar İordaniya, Livan, Estoniya, Polşa, Səudiyə Ərəbistanı, Oman, Misir kimi ölkələrin təmsilçiləridir.
Xatırladaq ki, Red Bull Car Park Drift yarışının Milli Final mərhələsi Azərbaycan Avtomobil Federasiyası və AmsOil maşın yağlarıın təşkilatı dəstəyi 16 oktyabr tarixində Bakıda baş tutub.