Ferrari SF16-H-ın altlığı
Ferrari-nin heyranları bu ilin sevimli komandaları üçün necə keçməsindən çətin ki, sevinc içində olsunlar. Aydındır ki, Kimi Rəykkönenin (2015-ci ildə olduğu kimi) və ya Sebastyan Fettelin Əbu Dabidəki podiumu sevincsiz təəssürata heç olmazsa, bir qədər rəng qatacaq.
Paralel olaraq Ferrari bolidlə işi davam etdirir, çempionatın son sərbəst yürüşlərindən fayda götürməyə cəhd göstərir.
Boksların döşəməsində saxlanılmış SF16-H-ın altlığı bizə çoxlu maraqlı şeylər görməyə imkan verir. Amma bizim kadrda ən maraqlı olan ön planda yerləşir – məhz orada biz 2017-ci ilin ilk konturlarını görə bilərik.
Splitter (o metal dəstəklə qismən gizlənmiş olsa da) gələn mövsümdən 100 mm qısa olacaq. Bu təkcə aerodinamik effekt kəsb etməyəcək, həm də ballastın konfiqurasiyasında özünü göstərəcək.
Splitterdən sağda “kəfkir” yerləşir ki, komanda bunun içərisinə əlavə ballast kiloqramları yerləşdirir, çünki bu şassinin ən aşağı elementlərindən biridir. Belə həll avtomobilin ağırlıq mərkəzini aşağıya doğru dəyişdirməyə şərait yaradır.
Bizim fotomuzda yaxşı görünən çox hissədən olan yan deflektorlar 2017-ci ildə tamamilə başqa cür olacaqlar – onların səthinin sahəsi hissolunacaq qədər artacaq. Elementlər təxminən elə 2009-cu ildə olduğu kimi görünəcək.
Bu, altlıq və pontonları dörddə bir qədər enli olacaq qabaq təkərlərdən gələn turbulent hava axınlarından daha yaxşı müdafiə etməlidir. Şübhə yoxdur ki, bolidin həmin hissəsi gələn mövsümün gedişində intensiv işlənib-tamamlanmaya məruz qalacaq.
Toro Rosso STR11 havauducusu
Red Bull-un Renault ilə qarşıdurmasının dərin kölgəsində qalan Toro Rosso komandası olduqca mürəkkəb vəziyyətə düşüb və indiki mövsümü köhnəlmiş mühərriklə keçirməyə məcbur olub, həm də son anda şassini yenidən düzəltmək tələb olunurdu.
Red Bull yarışma imperiyasının “kiçik” komandası özünün Maranellodan olan yerlisi-motorçusu ilə əməkdaşlığa döndü, amma 2015-ci ilin mühərriklərindən istifadə etməyə məcburdur, buna görə təkcə Ferrari-dən deyil, hətta Haas-la Sauber-dən də geri qalır.
Komandada qərara gəldilər ki, Renault üzrə qərarı gözləməsinlər və öz gələcəkləri ilə bağlı daha tez qərarlaşsınlar. Nəticədə 2015-ci ilin payızında yeni güc qurğusu üçün şassini modernləşdirmək – onun birinci yarışdan axırıncıyadək eyni bir spesifikasiyada qaldığını əvvəlcədən müəyyənləşdirmək tələb olundu. Əslində, buna görə əvvəl başdan mövsümü STR üçün iki hissəyə bölmək olardı. Çempionatın başlanmasından sonra yaz Qran Prisini əhatə edən birincidə komanda əsas rəqiblərlə mübarizə apara bilirdi, amma zaman keçdikcə onlar mühərrikdəki işləmə-tamamlamalar sayəsində daha sürətli oldular. Ona görə də ikinci hissədə Toro Rosso-nun vəziyyəti tədricən daha da mürəkkəbləşdi.
Faenzada bunun qarşısına çıxara bildikləri yeganə şey – STR11 şassisinin məxsusi modernləşdirilməsi oldu. Lap əvvəldən maşının konstruksiyasına sonradan digər komandaların avtomobillərində də görülə bilinəcək bir neçə maraqlı aerodinamik konsepsiya qoyuldu. Bu əyani şəkildə şəhadət edir ki, Toro Rosso bu sahədə olduqca ciddi vəzifələrin yerinə yetirilməsi gücündədir.
Mühəndislər kubokunda mövsümün başlanğıcında hədəf kimi müəyyən edilmiş beşinci yer həddən artıq iddialı vəzifə kimi görünə bilərdi, amma STR-in özündə ona yetilməsinin başlıca vasitəsi olaraq Hokkenhaym üçün hazırlanmış böyük yeniliklər paketini hesab edirdilər. Lakin o kifayət qədər səmərəli alınmadı – komandanın bütün səylərinə baxmayaraq, bir neçə sonrakı Qran Prinin gedişi ərzində bununla heç nə etmək mümkün olmadı.
Paket asfaltayatma qüvvəsinə əlavəlik gətirdi, ancaq ön müqavimətin artımı da çox oldu ki, mühəndislər bunu gözləmirdilər. Mühərriklə bağlı vəziyyəti nəzərə almaqla, bu cür süjet dəyişilməsi qəfil və xoşagəlməz alındı.
Burası var ki, bütün qalan nə varsa, hamısı heç də pis alınmadı – hər halda, xeyli pisini gözləmək mümkün ola bilərdi. Komanda ötən payızda bir neçə asan olmayan vəzifəni eyni zamanda yerinə yetirmək tələb olunanda resursları savadlı şəkildə bölüşdürdü.
Bu səbəbdən konstruktorlar bundan qaçmağın mümkün olduğu bütün sahələrdə STR11 şassisinin başqa mühərrikə uyğun layihələndirilmiş konstruksiyasından imtinaya üstünlük verdilər. Yuxarıdakı şəkildə bu cür yanaşmanın nəticələrindən biri göstərilib.
Yuxarı havauducunun qutusu üç əsas kanala bölünüb. Bunlardan ən yuxarı olanı turbokompressora gedir. Əvvəlcə birləşən, amma sonra çevrilmiş V hərfi formalı olaraq ayrılan iki başqası havanı güc qurğusunun yanlarındakı yağ radiatorlarına istiqamətləndirirlər.
Toro Rosso-dan başqa heç kəs belə konfiqurasiyadan istifadə etmir – amma kiçik İtaliya komandasında o, yəqin ki, xeyli səmərəli çalışır.
McLaren ön əyləclərinin soyudulması
Hər iki pilot cümə günü bizim artıq iki həftə əvvəl San Pauluda Fernando Alonsonun MP4-31-ində gördüyümüz ön əyləclərin konfiqurasiyasını əldə etdilər.
Demək mümkündür ki, hava axınları ilə işin fəlsəfəsi bizim əvvəllər çempionatın gedişində gördüyümüzlə müqayisədə dəyişilib. Hər şey bu yeni reqlament şəraitində işə aşkar hazırlıqların getdiyini göstərir.
Biz artıq McLaren-də necə hərəkət edildiyindən təfərrüatı ilə söz açmışıq, amma əgər xülasə etmiş olsaq – əvvəllər komanda “yelçəkən” oxdan qabaq təkərlərdən gələn turbulent axınlara nəzarət üçün istifadə edirdi, amma indi birbaşa keçid bağlanıb, təkərin çöl tərəfinə isə hava indi daha böyük olmuş və daha mürəkkəb forma almış “barabandakı” kanallar vasitəsilə keçir.
Abu-Dabidə “barabanın” çöl tərəfində böyük bütöv karboplastik panel peyda oldu, o əyləc mexanizmlərindən təkər diskinə və şinə istilik ötürülməsi prosesini dəyişdirdi. “Barabanın” üzərindəki çoxsaylı göstərici cihazlar bu prosesi nəzarətdə saxlamağa və bu qovşağın konfiqurasiyasını gələcəkdə də optimallaşdırmaq üçün mühəndisləri bütün tamlığı ilə məlumatla təmin etməyə hesablanıb.
Ferrari və əlavə məlumatlar
Əbu Dabidə qırmızı maşınlar informasiya toplanması üçün çoxsaylı əlavə qurğular əldə edərək bir müddətlik səyyar laboratoriyalara çevrildilər. İlk növbədə, SF16-H-ın ön hissəsində dəqiqliklə maşının ox xətti üzrə antiqanada bərkidilmiş cihazı görmək olardı.
Bizim fotomuzda o, trasa çıxışdan əvvəl açdıqları örtüklə gizlədilib. Göstərici cihaz hava axınlarının konfiqurasiyasını anlamağa kömək edir – çox güman ki, komanda bu informasiyadan çıxış nöqtəsi kimi istifadə edir ki, sonradan bütün qışı aerodinamik boruda üfləmənin nəticələrinin real tras şəraitləri ilə müqayisəsini aparsın və hesablama hidrodinamikası vasitələrini tətbiq etsin.
Biz komandaların bu cür hərəkətlərini ilk dəfə görmürük – son illər bu cür yanaşmadan Mercedes-də xüsusilə tez-tez istifadə edirlər.
Bundan başqa, daha bir məlumat toplanışı qurğusu Kimi Rəykkönenin maşınında aşkar edildi. Maraqlıdır ki, şassinin burun hissəciyinin üstündə quraşdırılmış 360 dərəcəlik kameradan komanda FOM-un xahişi ilə istifadə edir: orada, bu texniki yeniliyin F1 şəraitində nəyə qadir olması ilə çox maraqlanırlar.
McLaren ön qanadının inkişafı
Demək mümkündür ki, Uokinqdən olan komanda mövsümün ikinci yarısından gələcək çempionatın testləri kimi hamıdan fəal olaraq istifadə edirdi. 2016-cı ildə hər şey getdikcə daha sürətlə aydın oldu, ona görə də yeni maşınla işdə mümkün qədər irəliləmək mühüm idi.
Videomuz Melburndan sonra MP4-31-lə baş verən bütün dəyişiklikləri əks etdirir. Bu, komanda tərəfindən seçilmiş və hava axınlarının ön qanadlardan yan keçməklə yönləndirilməsi kimi mühüm komponentdəki qlobal istiqaməti görməyə imkan verir.
Bütün komandalar bu fənddən hələ indiki reqlamentin bazisinin təsdiqləndiyi 2009-cu ildən istifadə edirlər. Amma McLaren açıq-aşkar öz səmərəliyini gələcək mövsümdə ideyaları sınaqdan keçirir – enli təkərlər və başlıca elementlərin başqa həndəsəsi ilə.
Mühəndislərə bu “yeni reallıqda” axınları yenidən istiqamətləndirmək üstündə xeyli düşünmək lazım gələcək. Olsun ki, qanadın hansısa hissəsindən onların çölə çıxarılması üçün istifadə ediləcək, ancaq hər halda indi havanın əsas həcmini içəriyə, maşının korpusuna yaxın “kökləyəcəklər”.
Orada 2017-ci ildən böyüdülmüş deflektorlar qoymağa icazə verilib ki, bunlar aerodinamik olaraq daha zəif yerləri turbulent axından örtməyə imkan verəcək.
Maşınlarda qanadın ən təzə versiyası Ostində peyda oldu – o açıq-aşkar məlumat toplanışı üçün nəzərdə tutulub və 2017-ci ilin əsas tendensiyalarını göstərir.
Həmçinin videoda McLaren-də maşının arxa hissəsində istifadə olunan həllər öyrənilir. Bunlar antiqanadın yan lövhələrindəki uzun şaquli dəlik-kəsiklərdir (şəkildə yuxarıda) – bu cür versiya Avstriyada sınaqdan çıxarılıb, lakin tezliklə uğursuz elan edilib.
Bundan başqa, komanda mövsümün başlanğıcında Toro Rosso-nun bu cür həllinə göz qoyaraq yan lövhələrin yuxarı hissəsində (şəkildə aşağıda) uzun üfüqi dəlik-jalüzlərdən istifadə etdi.