Abu Dabi trasının konfiqurasiyası dəyişdirilməyəcək

Yas Marina avtodromunun sahibləri trasın konfiqurasiyasını dəyişmək fikrindən birdəfəlik əl çəkiblər. 2009-cu ildə trasda keçirilmiş ilk yarış German Tilkenin növbəti […]

Yas Marina avtodromunun sahibləri trasın konfiqurasiyasını dəyişmək fikrindən birdəfəlik əl çəkiblər. 2009-cu ildə trasda keçirilmiş ilk yarış German Tilkenin növbəti işi hamını valeh etsə də, sürcüülərə ötmə imkanı vermir. 2010-cu ildə Vitaliy Petrovla Fernando Alonsonun mübarizəsi bunun bariz nümunəsidir.

Vəziyyəti yaxşıya doğru dəyişmək üçün 2011-ci ilin əvvəlində trasın konfiqurasiyasını dəyişmək istiqamətində işlərin başlanması planlaşdırılırdı – amma Formula1-də DRS sisteminin tətbiqindən sonra Abu Dabi avtodromunun nümayəndəsi bildirmişdi ki, yeniliyin Yas Marinada özünü göstərməsini gözləyəcəklər.

Məlum olduğu kimi FİA bu trasda DRS-in istifadəsi ilə iki ötmə zonası təyin etmişdi, nəticədə ötmələrin sayı kifayət qədər artıb. İndi isə avtodromun nümayəndəsi bildirib ki, “biz hazırkı vəziyyətdən razıyıq və cari konfiqurasiyanı dəyişmək fikrimiz yoxdur…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*