Abu Dabi şayiələri təkzib edib

Abu Dabi avtodromunun nümayəndələri bu ilin sonunda ilk dəfə Formula1 yarışını qəbul edəcək yeni trasın tikintisində ləngimənin olması və mövsümün […]

Abu Dabi avtodromunun nümayəndələri bu ilin sonunda ilk dəfə Formula1 yarışını qəbul edəcək yeni trasın tikintisində ləngimənin olması və mövsümün son yarışının başqa avtodromla əvəz olunması barədə gəzən şayiələri təkzib ediblər…

“Bu gün səhər ilk Abu Dabi Qran Prisinə biletlər satışa buraxılıb. Abu Dhabi Motorsports Management (ADMM) şirkəti təsdiq edir ki, görülən işlər tam qrafikə uyğun gedir və vaxtında da başa çatacaq.

Layihənin menecmentinin həyata keçirən ADMM şirkəti iki təcrübəli və istedadlı mütəxəssisin potensialından istifadə edir – Riçard Kriqan və Filipp Qurcian. Qurcian tikinti və təchizatla, Kriqan isə yarışın keçirilməsi və avtodromun ilboyu istismarı məsələləri ilə məşğul olur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*