Hər il olduğu kimi, bu dəfə də FİA Qran Prinin stüardları cərgəsinə keçmişin təcrübəli sürücülərini cəlb edir. Bu dəfə stüardlara 1972-ci və 1974-cü illərin dünya çempionu, İndianapolis-500 yarışının ikiqat qalibi, İndyCar seriyasının qalibi Emerson Fittipaldi kömək edəcək.
Keçən il Emerson İspaniya və Kanada Qran Prilərində hakimlər kollektivində çalışmışdı. Bu dəfə onunla yanaşı yarışlara FİA-nın vitse-prezidenti Xose Abed və FİA institunun prezidentinin müavini Qarri Konneli hakimlik edəcəklər…