ABŞ Qran Prisi günlərində FİA-nn rəsmi mətbuat konfranslarının Formula1-dən iştirakçılarının adları açıqlanıb.
Cümə axşamı Valterri Bottas (Williams), Marcus Erikson (Sauber), Lyuis Həmilton (Mercedes AMG), Kimi Rəykkönen (Ferrari), Daniel Rikkardo (Red Bull) və Aleksander Rossi (Manor) jurnalistlərin suallarına cavab verməli olacaqlar.
Cümə günü isə sürücüləri komandaların məsul işçiləri – Erik Bulye (McLaren), Mətyu Karter (Lotus), Kristian Horner (Red Bull), Vicey Malya (Force İndia), Frants Tost (Toro Rosso) və Toto Volff (Mercedes AMG) əvəz edəcəklər.
F-1.az xatırladır ki, şənbə və bazar günləri isə adətən sıralanma turu və yarışın ilk üçlüyünə verilir…