F-1.az bildirir ki, Mark Markes pouldan start alıb və birinci döngədə liderliyini bir neçə saniyəliyinə son dünya çempionu Xorxe Lorensoya uduzub. Amma Yamaha-nın sürücüsü əyləci gec basdığı üçün döngəyə geniş trayektoriya ilə girməli olub və öz həmyerlisini irəli buraxıb.
Bundan sonra Markes liderliyi finişə qədər heç kimə verməyib. Yarışın əvvəlində Ducati-nin sürücüsü Andrea Dovitsiozo liderə çatmağa cəhd etsə də, Markın tempində çox qala bilməyib.
Əvvəlcə onu Lorenzo keçib, sonra isə sürücü özü mübarizədən kənar qalıb – ardıcıl ikinci yarışda Andreanı trasdan çıxardıblar. Amma Argentinada Dovini komanda yoldaşı Andrea Yannone son döngədə podiumdan məhrum etmişdisə, bu dəfə onun qənimi Dani Pedrosa olub.
Bir qədər əvvəl isə Valentino Rossi yıxılıb – Doktor 2014-cü ilin Araqon yarışından sonra birinci dəfə yıxılıb.
Bu insidentlərdən sonra ilk üçlükdə stabillik bərqərar olub. Finişdə Markesin üstünlüyü 6 saniyə olub. Podiumun son pilləsinə isə Yannone qalxıb – sürücü mövsümdə ilk dəfə damalı bayarq görüb.
Markes karyerasında 26-cı qələbəsini bayram edib və dünya çempionatında ikinciliyə yüksəlmiş Lorensonu artıq 21 xal üstələyir. Rossi hələlik üçüncüdür.
Çempionatın növbəti mərhələsi iki həftə sonra İspaniyanın Xeres trasında baş tutacaq…
Yer | Sürücü | Komanda | Motosiklet | Zaman/Fərq | Dövrə |
1 | Mark Markes | Repsol Honda Team | Honda RC213V | 0:43:57.945 | 21 |
2 | Xorxe Lorenso | Movistar Yamaha MotoGP | Yamaha YZR-M1 | + 0:06.107 | 21 |
3 | Andrea Yannone | Ducati Team | Ducati Desmosedici GP16 | + 0:10.947 | 21 |
4 | Maverik Vinyales | Team Suzuki ECSTAR | Suzuki GSX-RR | + 0:18.422 | 21 |
5 | Aleş Esparqaro | Team Suzuki ECSTAR | Suzuki GSX-RR | + 0:20.711 | 21 |
6 | Skott Reddinq | Octo Pramac Yakhnich | Ducati Desmosedici GP15 | + 0:28.961 | 21 |
7 | Pol Esparqaro | Monster Yamaha Tech 3 | Yamaha YZR-M1 | + 0:32.112 | 21 |
8 | Mikele Pirro | Octo Pramac Yakhnich | Ducati Desmosedici GP15 | + 0:32.757 | 21 |
9 | Hektor Barbera | Avintia Racing | Ducati Desmosedici GP14 | + 0:34.592 | 21 |
10 | Ştefan Bradl | Aprilia Racing Team Gresini | Aprilia RS-GP | + 0:40.211 | 21 |
11 | Alvaro Bautista | Aprilia Racing Team Gresini | Aprilia RS-GP | + 0:45.423 | 21 |
12 | Yucin Laverti | Aspar Team MotoGP | Ducati Desmosedici GP14 | + 0:47.127 | 21 |
13 | Esteve Rabat | Estrella Galicia 0,0 Marc VDS | Honda RC213V | + 0:47.426 | 21 |
14 | Yonni Hernandes | Aspar Team MotoGP | Ducati Desmosedici GP14 | + 0:51.190 | 21 |
15 | Loris BAz | Avintia Racing | Ducati Desmosedici GP14 | + 1:12.929 | 21 |
16 | Kel Kratçlou | LCR Honda | Honda RC213V | + 1:19.252 | 21 |
17 | Brədli Smit | Monster Yamaha Tech 3 | Yamaha YZR-M1 | + 1:28.036 | 21 |
– | Dani Pedrosa | Repsol Honda Team | Honda RC213V | Qəza | 11 |
– | Andrea Dovitsiozo | Ducati Team | Ducati Desmosedici GP16 | Qəza | 6 |
– | Valentino Rossi | Movistar Yamaha MotoGP | Yamaha YZR-M1 | Qəza | 2 |