ABŞ-2023: Yeganə məşqlərin qalibi Ferstappen olub

Ostində mövsümün növbəti sprint yarışı baş tutduğundan, bu sərbəst yürüşlər yeganə olub.

F-1.az bildirir ki, Daniel Rikkardo nəhayət, öz sükanı arxasına qayıdıb. Haas komandası olduqca ciddi yenilikləri məhz doğma yarışa gətirib. Mercedes yeni aerodinamik paketi sınaqdan keçirib, AlphaTauri-də də dəyişikliklər nəzərə çarpıb.

Pirelli buraya orta üçlüyü – C2, C3 və C4 tərkiblərini gətirib. Sürücülər sərt təkərlərlə başlayıblar və getdikcə Soft-lara keçiblər.

Sessiyanın əvvəlində Sayns və Norris arasında insident yaşanıb. Okon, Ferstappen, Sayns və Həmilton trasdan çıxıblar. Stroll əyləcləri çox qızdığı üçün məşqi yarımçıq qoyub. Alonso da istidən şikayətlənib.

1:35.912-lik dövrə vuran Maks Ferstappen protokollara başçılıq edib. Bizi gərgin sıralanma turu gözləyir.

Пилот Команда Время Разница Круги
1 1 Maks Ferstappen Red Bull 1:35.912 23
2 16 Şarl Lekler Ferrari 1:36.068 +0.156 25
3 44 Lyuis Həmilton Mercedes 1:36.193 +0.281 23
4 11 Serxio Peres Red Bull 1:36.212 +0.300 23
5 20 Kevin Maqnussen Haas 1:36.472 +0.560 21
6 63 Corc Rassell Mercedes 1:36.474 +0.562 25
7 23 Aleksander Elbon Williams 1:36.492 +0.580 21
8 55 Karlos Sayns Ferrari 1:36.533 +0.621 24
9 27 Niko Hülkenberq Haas 1:36.702 +0.790 21
10 10 Pyer Qasli Alpine 1:36.705 +0.793 22
11 2 Loqan Sarcent Williams 1:36.987 +1.075 26
12 31 Esteban Okon Alpine 1:37.066 +1.154 22
13 22 Yuki Tsunoda AlphaTauri 1:37.104 +1.192 25
14 3 Daniel Rikkardo AlphaTauri 1:37.152 +1.240 24
15 4 Lando Norris McLaren 1:37.256 +1.344 21
16 24 Quanyu Çjou Alfa Romeo 1:37.418 +1.506 25
17 77 Valtteri Bottas Alfa Romeo 1:37.517 +1.605 24
18 14 Fernando Alonso Aston Martin 1:37.840 +1.928 19
19 81 Oskar Piastri McLaren 1:38.420 +2.508 22
20 18 Ləns Stroll Aston Martin 1:39.940 +4.028 5
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*