F-1.az avtodromun rəsmi saytına istinadən xəbər verir ki, cümə günü Ostində yağındı gözlənilsə də, hava kifayət qədər isti olacaq. Temperatur +27 dərəcəyə qədər qalxacaq. Şənbə günü yağış dayanacaq, göy üzü buludlu olacaq və maksimum +25 dərəcə istilik müşahidə ediləcək. Bazar günü isə hava buludsuz və yağıntısız, hərarət +28 dərəcə olmalıdır.
Xatırladaq ki, ötən il buradakı bütün sessiyalar quru havada baş tutmuşdu.