F-1.az xəbər verir ki, yeganə sərbəst yürüşlərdə Maks Ferstappen hamıdan sürətli olub.
İlk sessiyada sürücülər Soft təkərləri seçiblər. Lakin bəziləri işlənmiş təkərlərə müraciət edib. Nəticələr sıx olub. Bir neçə sürücünün nəticəsi tras hüdudlarını tam aşdıqları üçün ləğv edilib. Həmilton hamıdan sürətli olub – 1:35.091. Sarcent, Stroll, Elbon, Alonso və Hülkenberq son beşlikdə qərarlaşıblar.
İkinci sessiyada demək olar ki, hamı ilk cəhdlərini işlənmiş, ikinci cəhdlərini isə yeni təkərlərlə ediblər. Bəzi sürücülərin ilk cəhdləri ləğv edildiyindən, ikincidə çox diqqətli olmaq məcburiyyətində qalıblar. Bu dəfə 1:35.004-lük nəticə göstərən Lekler hamıdan fərqlənib. Rikkardo, Maqnussen, Bottas, Çjou və Tsunoda üçün mübarizə başa çatıb.
Son sessiyada Lekler əvvəlcə hamını qabaqlayıb. Nəticələr çox sıx olub. Mercedes sürücüləri də iddialı görünüb. Monakolu sürücü ikinci cəhdində nəticəsini yaxşılaşdırıb – 1:34.723. Ferstappen isə onu 0.005 saniyə fərqlə keçib, lakin tras hüdudlarını aşdığı üçün nəticə ləğv olunub.
Beləliklə, Şarl Lekler mövsümdə üçüncü, karyerasında isə 21-ci pouluna sevinib. Bazar günü yarışa onun yanından Lando Norris başlayacaq. Lyis Həmilton və Karlos Sayns ikinci, Corc Rassell və Maks Ferstappen isə üçüncü cərgədən start alacaqlar.
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | ||||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | |||||
1 | 16 | Şarl Lekler | Ferrari | 9 | 1:36.061 | 9 | 1 | 1:35.004 | 6 | 1 | 1:34.723 | 6 |
2 | 4 | Lando Norris | McLaren | 2 | 1:35.110 | 8 | 6 | 1:35.441 | 6 | 2 | 1:34.853 | 6 |
3 | 44 | Lyuis Həmilton | Mercedes | 1 | 1:35.091 | 6 | 3 | 1:35.240 | 6 | 3 | 1:34.862 | 6 |
4 | 55 | Karlos Sayns | Ferrari | 4 | 1:35.824 | 6 | 4 | 1:35.302 | 6 | 4 | 1:34.945 | 6 |
5 | 63 | Corc Rassell | Mercedes | 14 | 1:36.165 | 6 | 9 | 1:35.606 | 6 | 5 | 1:35.079 | 6 |
6 | 1 | Maks Ferstappen | Red Bull | 3 | 1:35.346 | 6 | 2 | 1:35.008 | 6 | 6 | 1:35.081 | 6 |
7 | 10 | Pyer Qasli | Alpine | 13 | 1:36.158 | 7 | 7 | 1:35.496 | 6 | 7 | 1:35.089 | 6 |
8 | 31 | Esteban Okon | Alpine | 12 | 1:36.131 | 9 | 5 | 1:35.413 | 6 | 8 | 1:35.154 | 6 |
9 | 11 | Serxio Peres | Red Bull | 6 | 1:35.989 | 6 | 10 | 1:35.679 | 5 | 9 | 1:35.173 | 6 |
10 | 81 | Oskar Piastri | McLaren | 10 | 1:36.064 | 9 | 8 | 1:35.576 | 5 | 10 | 1:35.467 | 6 |
11 | 22 | Yuki Tsunoda | AlphaTauri | 5 | 1:35.913 | 6 | 11 | 1:35.697 | 6 | |||
12 | 24 | Quanyu Çjou | Alfa Romeo | 8 | 1:36.052 | 9 | 12 | 1:35.698 | 6 | |||
13 | 77 | Valtteri Bottas | Alfa Romeo | 11 | 1:36.082 | 9 | 13 | 1:35.858 | 6 | |||
14 | 20 | Kevin Maqnussen | Haas | 7 | 1:36.009 | 6 | 14 | 1:35.880 | 6 | |||
15 | 3 | Daniel Rikkardo | AlphaTauri | 15 | 1:36.213 | 6 | 15 | 1:35.974 | 6 | |||
16 | 27 | Niko Hülkenberq | Haas | 16 | 1:36.235 | 6 | ||||||
17 | 14 | Fernando Alonso | Aston Martin | 17 | 1:36.268 | 8 | ||||||
18 | 23 | Aleksander Elbon | Williams | 18 | 1:36.315 | 6 | ||||||
19 | 18 | Ləns Stroll | Aston Martin | 19 | 1:36.589 | 9 | ||||||
20 | 2 | Loqan Sarcent | Williams | 20 | 1:36.827 | 8 |