ABŞ-2023: Bukmeyker cədvəlləri

William Hill idarəsinin əməkdaşları bu həftəsonu baş tutacaq ABŞ Qran Prisinin nəticələri üçün əmsal cədvəllərini tərtib ediblər.

F-1.az bildirir ki, Qətərdə növbəti qələbəsini qazanan, həm də ardıcıl üçüncü titulunu rəsmiləşdirən Maks Ferstappen gözlənildiyi kimi, bu yarışın da əsas favoritidir. Reytinqdə növbəti yerlərdə son 3 yarışı podiuma yüksələn Lando Norris və  komanda yoldaşı Oskar Piastri qərarlaşıb – onların əmsalı Maksla müqayisədə böyük olsa da, bir-birilərinə çox yaxındır. Serxio Peres dördüncü namizəd hesab olunsa da, şansları komanda yoldaşından 13.6 dəfə az qiymətləndirilib.

ABŞ Qran Prisində qələbə Əmsal
Maks Ferstappen 1.17
Lando Norris 9.00
Oskar Piastri 9.50
Serxio Peres 16.00
Lyuis Həmilton, Corc Rassell, Şarl Lekler 20.00
Karlos Sayns 24.00
Fernando Alonso 50.00
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*