F-1.az xatırladır ki, dünənki sərbəst yürüşlərdə əvvəlcə Karlos Sayns, sonra isə Şarl Lekler hamını üstələyib. Bu gün isə Maks Ferstappen quru havada protokollara başçılıq edib.
Pirelli buraya orta üçlüyü – C2, C3 və C4 tərkiblərini gətirib.
İlk sessiyada pitə qayıdan Lətifi sürətli dövrəsini başa vurmayıb, sonra isə yenidən trasa çıxıb. Ferrari və Red Bull sürücüləri ikinci cəhdlərindən imtina ediblər. Şumaxer yerində fırlanıb. Saynsın nəticəsi ən yaxşı olaraq qalıb – 1:35.297. Latifi, Şumaxer, Okon, Rikkardo və Maqnussen sıralanma turu ilə vidalaşıblar.
İkinci Sessiyada Qasli təkərlərini bloklayaraq yandırıb və boksa qayıdıb. Lekler 1:35.246-lik nəticə ilə Ferstappeni cüzi fərqlə qabaqlayıb. Fettel trasdan tam çıxdığı üçün nəticəsi ləğv edilib. Ferrari sürücüləri və Ferstappen ikinci cəhdlərinə getməyiblər. Maks isə dövrəni başa vurmadan geri qayıdıb. Tsunoda, Çjou, Qasli, Fettel və Elbon ilk onluğa düşə bilməyiblər.
Son sessiyada Lekler ilk cəhddə hamını üstələyib – 1:34.624. Lakin ikinci cəhdlərdə komanda yoldaşı daha yaxşı nəticə göstərib – 1:34.356.
Beləliklə, Karlos Sayns mövsümdə və karyerasında üçüncü poulunu qazanıb. Lekler ikinci olsa da, startda yer itirəcək. Karlosun yanından yarışa Maks Ferstappen start verəcək. İkinci cərgə isə Mercedes pilotlarınındır.
Sabah bizi çox maraqlı yarış gözləyir.
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 55 | Karlos Sayns | Ferrari | 1 | 1:35.297 | 4 | 3 | 1:35.590 | 3 | 1:34.356 | 7 |
2 | 16 | Şarl Lekler | Ferrari | 2 | 1:35.795 | 4 | 1 | 1:35.246 | 3 | 1:34.421 | 7 |
3 | 1 | Maks Ferstappen | Red Bull | 3 | 1:35.864 | 3 | 2 | 1:35.294 | 4 | 1:34.448 | 8 |
4 | 11 | Serxio Peres | Red Bull | 5 | 1:36.163 | 3 | 6 | 1:35.864 | 3 | 1:34.645 | 6 |
5 | 44 | Lyuis Həmilton | Mercedes | 4 | 1:36.148 | 6 | 5 | 1:35.732 | 6 | 1:34.947 | 6 |
6 | 63 | Corc Rassell | Mercedes | 6 | 1:36.195 | 6 | 4 | 1:35.692 | 6 | 1:34.988 | 7 |
7 | 18 | Ləns Stroll | Aston Martin | 14 | 1:36.860 | 6 | 8 | 1:36.032 | 6 | 1:35.598 | 3 |
8 | 4 | Lando Norris | McLaren | 8 | 1:36.465 | 6 | 10 | 1:36.341 | 6 | 1:35.690 | 6 |
9 | 14 | Fernando Alonso | Alpine | 7 | 1:36.446 | 5 | 7 | 1:35.988 | 6 | 1:35.876 | 6 |
10 | 77 | Valtteri Bottas | Alfa Romeo | 12 | 1:36.746 | 6 | 9 | 1:36.321 | 6 | 1:36.319 | 6 |
11 | 23 | Aleksander Elbon | Williams | 15 | 1:36.932 | 9 | 11 | 1:36.368 | 6 | ||
12 | 5 | Sebastyan Fettel | Aston Martin | 11 | 1:36.695 | 6 | 12 | 1:36.398 | 6 | ||
13 | 10 | Pyer Qasli | AlphaTauri | 9 | 1:36.577 | 6 | 13 | 1:36.740 | 5 | ||
14 | 24 | Quanyu Çjou | Alfa Romeo | 10 | 1:36.656 | 9 | 14 | 1:36.970 | 6 | ||
15 | 22 | Yuki Tsunoda | AlphaTauri | 13 | 1:36.808 | 6 | 15 | 1:37.147 | 6 | ||
16 | 20 | Kevin Maqnussen | Haas | 16 | 1:36.949 | 8 | |||||
17 | 3 | Daniel Rikkardo | McLaren | 17 | 1:37.046 | 6 | |||||
18 | 31 | Esteban Okon | Alpine | 18 | 1:37.068 | 6 | |||||
19 | 47 | Mik Şumaxer | Haas | 19 | 1:37.111 | 8 | |||||
20 | 6 | Nikolas Latifi | Williams | 20 | 1:37.244 | 8 |