F-1.az bildirir ki, sürücülər işarələnməmiş təkərlərlə müxtəlif miqdarda yanacaq götürərək dövrələr vurublar. Gələn il termal örtükləri maksimum 50 dərəcə qızdırmağa icazə veriləcək və sürücülər bu işin öhdəsindən daha yaxşı gəlməlidirlər. Bir çoxları 2023-cü il üçün olan təkərlərin daha sabit olduğunu bildirib.
Bir neçə komanda bu sessiyada da gələn il üçün olan bəzi hissələri sınaqdan keçirib. Bunun səbəbi həm də gələn ilin təkərləri ilə işləmək imkanının verilməsi olub. Stroll ilk 20 dəqiqəni boşa xərcləyib – komanda maşının konfiqurasiyasını dəyişməli olub. Maqnussen də maşından şikayətlənərək boksa gəlib və tezliklə trasa qayıdıb.
Sessiya Ostin üçün rekord sayılacaq qədər gec saatda başa çatıb və günəşin qürub etməsi bəzi döngələrdə sürücülərə ciddi çətinlik yaradıb. Protokollara ilk məşqləri buraxmış Şarl Lekler başçılıq edib – 1:36.810
Məşqlər sabah davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 16 | Şarl Lekler | Ferrari | 1:36.810 | – | 37 |
2 | 77 | Valtteri Bottas | Alfa Romeo | 1:37.525 | + 0:00.715 | 37 |
3 | 3 | Daniel Rikkardo | McLaren | 1:37.627 | + 0:00.817 | 40 |
4 | 55 | Karlos Sayns | Ferrari | 1:38.232 | + 0:01.422 | 26 |
5 | 47 | Mik Şumaxer | Haas | 1:39.507 | + 0:02.697 | 26 |
6 | 4 | Lando Norris | McLaren | 1:39.547 | + 0:02.737 | 26 |
7 | 1 | Maks Ferstappen | Red Bull | 1:39.575 | + 0:02.765 | 26 |
8 | 44 | Lyuis Həmilton | Mercedes | 1:39.698 | + 0:02.888 | 26 |
9 | 10 | Pyer Qasli | AlphaTauri | 1:39.840 | + 0:03.030 | 26 |
10 | 11 | Serxio Peres | Red Bull | 1:39.852 | + 0:03.042 | 26 |
11 | 20 | Kevin Maqnussen | Haas | 1:40.084 | + 0:03.274 | 24 |
12 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:40.178 | + 0:03.368 | 26 |
13 | 63 | Corc Rassell | Mercedes | 1:40.562 | + 0:03.752 | 26 |
14 | 24 | Qaunyu Çjou | Alfa Romeo | 1:40.664 | + 0:03.854 | 26 |
15 | 18 | Ləns Stroll | Aston Martin | 1:40.806 | + 0:03.996 | 26 |
16 | 31 | Esteban Okon | Alpine | 1:41.310 | + 0:04.500 | 26 |
17 | 14 | Fernando Alonso | Alpine | 1:41.334 | + 0:04.524 | 26 |
18 | 23 | Aleksander Elbon | Williams | 1:41.853 | + 0:05.043 | 26 |
19 | 5 | Sebastyan Fettel | Aston Martin | 1:41.857 | + 0:05.047 | 26 |
20 | 6 | Nikolas Latifi | Williams | 1:42.317 | + 0:05.507 | 26 |