ABŞ-2022: Birinci sərbəst yürüşlər

İlk məşqlərdə eyni anda 5 komanda gənc sürücülərin köməyindən yararlanıb ki, onlardan dördü ilk dəfə rəsmi F1 sessiyasında debüt edib.

F-1.az bildirir ki, Robert Şvartsman Şarl Lekleri, Teo Purşer isə Valtteri Bottası əvəzləyib. Nikolas Latifinin maşını Loqan Sarjentə, Daniel Rikkardonun maşını isə Alek Palouya tapşırılıb. Yalnız Kevin Maqnussenin yerinə sükan arxasına keçən Antonio Covinatsinin F1 təcrübəsi var.

Bir neçə komanda gələn mövsümə aid yeniliklər gətirib. Artıq 5-ci dəqiqədən etibarən bütün sürücülər trasda olublar. Bir qədər sonra qırmızı bayraqlar dalğalanıb – Covinatsi 6-cı döngədə qəza edərək zədələnmiş ön qanadı ilə boksa qayıdıb. Fasilə cəmi 4 dəqiqə davam edib. Lakin Antonio üçün sessiya bitib.

Nəticələr trekin vəziyyəti kimi, getdikcə yaxşılaşıb. Sürücülər yeni asfaltın döşəndiyi yerdə ilişmənin az olmasından şikayətləniblər. Protokollara 1:36.857-lik nəticə ilə Karlos Sayns başçılıq edib. Məşqlər Bakı vaxtı ilə gecə 2-də davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 55 Karlos Sayns Ferrari 1:36.857 19
2 1 Maks Ferstappen Red Bull 1:37.081 + 0:00.224 15
3 44 Lyuis Həmilton Mercedes 1:37.332 + 0:00.475 20
4 18 Ləns Stroll Aston Martin 1:37.460 + 0:00.603 23
5 11 Serxio Peres Red Bull 1:37.515 + 0:00.658 19
6 14 Fernando Alonso Alpine 1:37.713 + 0:00.856 25
7 63 Corc Rassell Mercedes 1:37.802 + 0:00.945 23
8 10 Pyer Qasli AlphaTauri 1:37.810 + 0:00.953 24
9 4 Lando Norris McLaren 1:37.856 + 0:00.999 23
10 5 Sebastyan Fettel Aston Martin 1:38.041 + 0:01.184 25
11 31 Esteban Okon Alpine 1:38.102 + 0:01.245 24
12 24 Quanyu Çjou Alfa Romeo 1:38.276 + 0:01.419 21
13 23 Aleksander Elbon Williams 1:38.422 + 0:01.565 21
14 22 Yuki Tsunoda AlphaTauri 1:38.898 + 0:02.041 23
15 47 Mik Şumaxer Haas 1:38.922 + 0:02.065 20
16 39 Robert Şvartsman Ferrari 1:38.951 + 0:02.094 21
17 28 Alek Palau McLaren 1:39.911 + 0:03.054 21
18 98 Teo Purşer Alfa Romeo 1:40.175 + 0:03.318 19
19 45 Loqan Sarjent Williams 1:40.325 + 0:03.468 23
20 99 Antonio Covinatsi Haas 1:43.063 + 0:06.206 4
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*