ABŞ-2018: Üçüncü sərbəst yürüşlər

Dünən sərbəst yürüşlər yağış altında baş tutub, amma bu gün asfalt quru olub - ona görə də sürücülər ilk dəqiqələrdən trasa tələsiblər. Həm sazlanmalar üzərində iş gedib, həm də sıralanma turuna hazırlıq görülüb - sabaha hava proqnozu yağış vəd etməyib.

F-1.az bildirir ki, sliklərlə işləmək şansı alan komandalar sürücülərin proqramlarını yarı bölüblər ki, bir saat ərzində maksimum məlumat toplamaq mümkün olsun.

Sessiya sakit keçib. Bir neçə dəfə sürücülər trası tərk ediblər, Brendon Hartli isə yerində fırlanıb – maşınlara zərər dəyməyib.

Sessiyanın protokollarına isə Sebastyan Fettel başçılıq edib – 1:33.797. İlk üçlük 0.07 saniyəyə yerləşib – sıralanma turunda bizi gərgin mübarizə gözləyir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 5 Sebastyan Fettel Ferrari 1:33.797 20
2 7 Kimi Rəykkönen Ferrari 1:33.843 + 0:00.046 21
3 44 Lyuis Həmilton Mercedes 1:33.870 + 0:00.073 23
4 77 Valtteri Bottas Mercedes 1:34.556 + 0:00.759 21
5 33 Maks Ferstappen Red Bull 1:34.703 + 0:00.906 21
6 3 Daniel Rikkardo Red Bull 1:34.910 + 0:01.113 20
7 16 Şarl Lekler Sauber 1:35.365 + 0:01.568 21
8 11 Serxio Peres Racing Point 1:35.411 + 0:01.614 21
9 55 Karlos Sayns Renault 1:35.450 + 0:01.653 21
10 8 Roman Qrojan Haas 1:35.468 + 0:01.671 19
11 31 Esteban Okon Racing Point 1:35.562 + 0:01.765 22
12 10 Pyer Qasli Toro Rosso 1:35.713 + 0:01.916 27
13 20 Kevin Maqnussen Haas 1:35.770 + 0:01.973 19
14 27 Niko Hülkenberq Renault 1:35.882 + 0:02.085 19
15 9 Markus Eriksson Sauber 1:36.000 + 0:02.203 21
16 18 Ləns Stroll Williams 1:36.188 + 0:02.391 21
17 35 Sergey Sirotkin Williams 1:36.193 + 0:02.396 20
18 2 Stoffel Vandorn McLaren 1:36.302 + 0:02.505 23
19 28 Brendon Hartli Toro Rosso 1:36.330 + 0:02.533 26
20 14 Fernando Alonso McLaren 1:36.332 + 0:02.535 20
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*