F-1.az avtodromun rəsmi saytına istinadən xəbər verir ki, cümə günü Ostində leysan yağışlar gözlənilir, havanın temperaturu isə +19 dərəcəni aşmayacaq. Şənbə günü hava +22 dərəcəyədək qızsa da, yağışın yağma ehtimalı yenə yüksək olacaq. Yarış günü isə sinoptiklər yağıntı gözləmirlər – buludsuz səma altında termometrlər +21 dərəcəni göstərəcəklər.
Xatırladaq ki, keçən il Ostində ilk məşqlər qurumaqda olan asfaltda baş tutsa da, digər sessiyalar quru trasda keçmişdi…