F-1.az bildirir ki, sürücülər uzun müddət bokslarını tərk etməyiblər, vəziyyətin yaxşılaşmasını gözləyiblər – nahardan əvvəl həm yağış təkərləri ilə, həm də keçid təkərləri ilə dövrə vurduqları üçün sürücülər trasa çıxmağa tələsməyiblər: bu təkərlərin məhdud sayda olması və sabah da yağışın yağma ehtimalı komandalardan ehtiyatlı davranma tələb edib.
Sessiyanın yalnız ikinci yarısında bəzi sürücülər trasa çıxıblar. Əvvəlcə yağış təkərləri ilə, daha sonra isə keçid təkərlərlə işləyiblər. Protokollara isə cəmi 3 dövrə vurmuş Lyuis Həmilton başçılıq edib – 1:48.716.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 44 | Lyuis Həmilton | Mercedes | 1:48.716 | — | 3 |
2 | 10 | Pyer Qasli | Toro Rosso | 1:49.728 | + 0:01.012 | 10 |
3 | 33 | Maks Ferstappen | Red Bull | 1:49.798 | + 0:01.082 | 5 |
4 | 14 | Fernando Alonso | McLaren | 1:51.728 | + 0:03.012 | 3 |
5 | 27 | Niko Hülkenberq | Renault | 1:52.208 | + 0:03.492 | 6 |
6 | 28 | Brendon Hartli | Toro Rosso | 1:52.505 | + 0:03.789 | 19 |
7 | 9 | Markus Eriksson | Sauber | 1:53.070 | + 0:04.354 | 9 |
8 | 2 | Stoffel Vandorn | McLaren | 1:53.354 | + 0:04.638 | 10 |
9 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:53.443 | + 0:04.727 | 7 |
10 | 5 | Sebastyan Fettel | Ferrari | 1:53.912 | + 0:05.196 | 8 |
11 | 16 | Şarl Lekler | Sauber | 1:54.101 | + 0:05.385 | 9 |
12 | 18 | Ləns Stroll | Williams | 1:54.637 | + 0:05.921 | 5 |
13 | 11 | Serxio Peres | Racing Point | 1:54.963 | + 0:06.247 | 6 |
14 | 31 | Esteban Okon | Racing Point | 1:55.348 | + 0:06.632 | 6 |
15 | 35 | Sergey Sirotkin | Williams | 1:55.446 | + 0:06.730 | 8 |
16 | 55 | Karlos Sayns | Renault | — | — | 2 |
17 | 3 | Daniel Rikkardo | Red Bull | — | — | 0 |
18 | 8 | Roman Qrojan | Haas | — | — | 0 |
19 | 20 | Kevin Maqnussen | Haas | — | — | 0 |
20 | 77 | Valtteri Bottas | Mercedes | — | — | 0 |