F-1.az bildirir ki, dünən bir çox sürücü təkərləri işləməyə məcbur edə bilməmişdi, bəzi maşınlarda isə təkərlər çox tez yeyilmişdi – bu gün mühəndislər sazlanmalara düzəlişlər ediblər. Havanın və asfaltın hərarəti dünənki kimi olduğu üçün komandalar dəyişikliklərin effektivliyini müqayisə edə biliblər.
Dünənki problemlər üzündən komanda Fettel üçün yeni şassi yığıb – bu güc səhər FİA-nın məcburi texniki təftişini keçən maşın ilk dövrələrdən sürətli görünüb. Toro Rosso isə debütant Brendon Hartlinin dəbilqə problemini həll edib – dünən hava axını dəbilqənin yuxarıya hərəkət etməsinə səbəb olmuşdu.
Sessiyanın düz ortasında Qrojan 7-ci döngədə trasdan çıxaraq çınqıllığa düşüb və trasa qayıda bilməyib – maşının təxliyəsi üçün Virtual Təhlükəsizlik Maşını rejimi elan olunub.
Kvyat maşının idarə olunmasından gileylənib, boksa qayıdıb və bir daha trasa çıxmayıb – mexaniklər onun maşınını söküblər.
Protokollara isə yenə də Lyuis Həmilton başçılıq edib – 1:34.478: britaniyalı keçənilki öz poulundan yarım saniyə sürətli olub.
Sıralanma turunda sürətlər artacaq, amma sıralanma turu qaydalara uyğun olaraq 2 saatdan sonra deyil, 4 saatdan sonra başlayacaq – Formula1-in yeni sahibi Liberty Media şənbə gününün formatında da dəyişiklik edib: Castin Timberleykin konserti üzündən sıralanma turu Bakı vaxtılə gecə saat 1-də başlayacaq…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:34.478 | – | 15 |
2 | 5 | Sebastyan Fettel | Ferrari | 1:34.570 | + 0:00.092 | 19 |
3 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:34.692 | + 0:00.214 | 17 |
4 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:34.755 | + 0:00.277 | 17 |
5 | 33 | Maks Ferstappen | Red Bull | 1:35.103 | + 0:00.625 | 14 |
6 | 19 | Felipe Massa | Williams | 1:35.346 | + 0:00.868 | 11 |
7 | 27 | Niko Hülkenberq | Renault | 1:35.608 | + 0:01.130 | 21 |
8 | 55 | Karlos Sayns | Renault | 1:35.650 | + 0:01.172 | 16 |
9 | 3 | Daniel Rikkardo | Red Bull | 1:35.723 | + 0:01.245 | 17 |
10 | 11 | Serxio Peres | Force İndia | 1:35.802 | + 0:01.324 | 16 |
11 | 31 | Esteban Okon | Force İndia | 1:35.965 | + 0:01.487 | 17 |
12 | 18 | Ləns Stroll | Williams | 1:36.118 | + 0:01.640 | 12 |
13 | 14 | Fernando Alonso | McLaren | 1:36.239 | + 0:01.761 | 15 |
14 | 2 | Stoffel Vandorn | McLaren | 1:36.599 | + 0:02.121 | 14 |
15 | 39 | Brendon Hartli | Toro Rosso | 1:36.818 | + 0:02.340 | 26 |
16 | 20 | Kevin Maqnussen | Haas | 1:37.271 | + 0:02.793 | 16 |
17 | 9 | Markus Eriksson | Sauber | 1:37.319 | + 0:02.841 | 17 |
18 | 94 | Paskal Verlyayn | Sauber | 1:37.807 | + 0:03.329 | 15 |
19 | 8 | Roman Qrojan | Haas | 1:37.891 | + 0:03.413 | 9 |
20 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:38.500 | + 0:04.022 | 6 |