F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, keçən illə müqayisədə təşkilatçılar trasda cüzi dəyişiklər ediblər – 9-cu döngənin çıxışında ikiqat porebrik döşənib, 11-ci və 20-ci döngələrin çıxışında süni maniələr quraşdırılıb, 1-ci, 4-cü, 6-cı, 12-ci və 19-cu döngələrdə isə əlavə TecPro baryerləri peyda olublar.
Keçən il olduğu kimi Ostində sürücülər arxa qanadın hərəkətli elementinin durumunu iki sahədə dəyişə biləcəklər. Onlardan birincisinin iki maşın arasındakı məsafənin ölçülmə nöqtəsi 10-cu döngədən 150 metr sonra, DRS-in aktivasiya nöqtəsi isə 11-ci döngədən 320 metr sonra yerləşir. İkinci DRS zonasının deteksiya nöqtəsi 18-ci döngədən 65 metr sonra, aktivasiya nöqtəsi isə 20-ci döngədən 80 metr sonra yerləşir.