Cümə axşamı hər birinin muddəti 25 dəqiqə olan iki mətbuat konfransı baş tutacaq, amma hər iki tədbirə əvvəlki kimi 3 deyil, 4 sürücü dəvət olunub. İlk 25 dəqiqədə Markus Eriksson (Sauber), Lyuis Həmilton (Mercedes AMG), Brendon Hartli (Toro Rosso) və Karlos Sayns (Renault) jurnalistlərin suallarına cavab verməli olacaqlar. İkinci 25 dəqiqədə isə milli komanda Haas-ın hər iki sürücüsü – Roman Qrojan və Kevin Maqnussenlə birlikdə Fernando Alonso (McLaren) və Niko Hülkenberq (Renault) mətbuat işçilərinin qarşısında oturacaqlar.
Cümə günü isə cəmi bir mətbuat konfransı baş tutacaq və sürücüləri komandaların məsul işçiləri – Zek Braun (McLaren), Robert Förnli (Force İndia), Cin Haas (Haas) və Toto Volff (Mercedes AMG) əvəz edəcəklər.
F-1.az xatırladır ki, şənbə və bazar günləri mətbuat konfransına sıralanma turu və yarışın ilk üçlüyü dəvət olunur…