F-1.az bildirir ki, trasa ilk olaraq Malayziya və Yaponiya Qran Prilərini buraxan, ilk sessiyada isə Şon Gelael tərəfindən əvəzlənən Daniil Kvyat çıxıb. Rus sürücü özünün əvvəlki şassisindən yox, Renault-ya keçən Saynsın şassisindən istifadə edir. Haas sürücüləri ilk dəqiqələrdə yerlərində fırlanıblar, lakin ciddi bir şey baş verməyib. Fettel 19-cu döngədə trasdan çıxıb. Alman sürücü ön asılqanlardan narazı olduğunu bildirib və mexaniklər onların üzərində işləyiblər. Nəticədə Fettel demək olar ki, sessiyanın yarısını itirib.Maqnussenin maşınındakı problemi həll etmək xeyli vaxt alıb. Hülkenberqin maşınının güc qurğusundakı nasazlığı isə mexaniklər sessiyanın gedişində həll edə bilbilər.
Protokollara yenə Həmilton başçılıq edib. Britaniyalı sürücü 1:34.668-lük nəticə ilə trasın mütləq rekordunu yeniləyib. İlk üç yeri müxtəlif komandaların sürücüləri tutublar. Məşqlər sabah davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:34.668 | – | 26 |
2 | 33 | Maks Ferstappen | Red Bull | 1:35.065 | + 0:00.397 | 30 |
3 | 5 | Sebastyan Fettel | Ferrari | 1:35.192 | + 0:00.524 | 11 |
4 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:35.279 | + 0:00.611 | 39 |
5 | 3 | Daniel Rikkardo | Red Bull | 1:35.463 | + 0:00.795 | 24 |
6 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:35.514 | + 0:00.846 | 29 |
7 | 14 | Fernando Alonso | McLaren | 1:36.304 | + 0:01.636 | 28 |
8 | 19 | Felipe Massa | Williams | 1:36.460 | + 0:01.792 | 30 |
9 | 11 | Serxio Peres | Force İndia | 1:36.481 | + 0:01.813 | 28 |
10 | 31 | Esteban Okon | Force İndia | 1:36.490 | + 0:01.822 | 34 |
11 | 55 | Karlos Sayns | Renault | 1:36.529 | + 0:01.861 | 30 |
12 | 27 | Niko Hülkenberq | Renault | 1:36.534 | + 0:01.866 | 18 |
13 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:36.761 | + 0:02.093 | 40 |
14 | 20 | Kevin Maqnussen | Haas | 1:37.285 | + 0:02.617 | 17 |
15 | 2 | Stoffel Vandorn | McLaren | 1:37.463 | + 0:02.795 | 31 |
16 | 18 | Ləns Stroll | Williams | 1:37.788 | + 0:03.120 | 27 |
17 | 39 | Brendon Hartli | Toro Rosso | 1:37.987 | + 0:03.319 | 41 |
18 | 94 | Paskal Verlyayn | Sauber | 1:38.165 | + 0:03.497 | 35 |
19 | 9 | Markus Eriksson | Sauber | 1:38.262 | + 0:03.594 | 22 |
20 | 8 | Roman Qrojan | Haas | 1:38.387 | + 0:03.719 | 26 |