F-1.az idarənin rəsmi saytına istinadən bildirir ki, bukmeykerlər növbəti yarışda Həmiltonu favorit görürlər. Fettelin şansı ondan iki dəfə az qiymətləndirilib. Son iki yarışda möhtəşəm çıxış edən – Malayziyada qalib gələn və Yaponiyada da qələbənin bir addımlığında olan Ferstappenə verilən əmsal da kifayət qədər yüksəkdir…
ABŞ Qran Prisində qələbə (sürücülər) | |
Lyuis Həmilton | 1.80 |
Sebastyan Fettel | 3.50 |
Valtteri Bottas | 7.50 |
Kimi Rəykkönen | 13.00 |
Maks Ferstappen | 15.00 |
Daniel Rikkardo | 17.00 |
Lyuis keçən yarışdan sonra çempionatda Fettelə arasındakı xal fərqini 59-a qaldırıb. Mövsümün sonuna 4 yarış qalib və bukmeykerlər britaniyalının titul qazanacağına şübhə etmirlər…
Çempionatda qələbə (sürücülər) | |
Lyuis Həmilton | 1.02 |
Sebastyan Fettel | 15.00 |
Valtteri Bottas | 301.00 |
Mercedes Ostində ardıcıl dördüncü dəfə Mühəndislə Kubokundakı qələbəsini reallaşdıra bilər. Komandaların mübarizəsinə pul qoyuluşu artıq qəbul olunmur…