ABŞ-2016: Yarış

Keçən il Ostində yarışdan başqa bütün sessiyalar yağışlı havada baş tutmuşdusa, bu il komandalar ancaq quru havada işləyiblər. Bazar günü hava xeyli isti olub - startda termometrlər +27 dərəcəni göstəriblər.

F-1.az xatırladır ki, Həmilton keçən il buradakı yarışda üçüncü titulunu rəsmiləşdirmişdi. Bu il isə Niko Rosberq Ostinə 33 xallıq fərqlə, çox rahat bir şəkildə gəlmişdi. Şənbə günü Lyuis trasın yeni rekordunu müəyyən edərək poulu qazanmışdı.

Pirelli Ostinə Medium, Soft və SuperSoft üçlüyünü gətirib – SuperSoft təkərlər bu yarışa ilk dəfə gətirilib və artıq sərbəst yürüşlərdən onların resursunun olduqca tez bitməsi aydın olub.

Yarışa ilk dörd sürücüdən üçü – Həmilton, Rosberq və Ferstappen Soft-la başlayıb. Arxa yerlərdəki sürücülərdən Nasr və Okon Medium, Rikkardo, Sayns, Ferrari, Williams və Force İndia pilotları SuperSoft, yerdə qalan sürücülər isə Soft təkərlərlə start alıblar.

Startda Həmilton liderliyini qoruyub. Rikkardo Rosberqi, Rəykkönen isə Ferstappeni keçib. Bottas və Fettelin arasında qalan və Fettellə təmas yaşayan Hülkenberq yarışı dayandırmalı olub. On birinci döngədə Kvyat Pereslə toqquşub və 16-cı yerə qədər geriləyib. Bir qədər sonra isə insidentə görə ona 10 saniyə vaxt cəzası və 2 cərimə balı verilib. İkinci dövrədən sonra ilk onluq belə olub: Həmilton – Rikkardo – Rosberq – Rəykkönen – Ferstappen – Fettel – Massa – Sayns – Alonso – Qutyerres. Əla start alan Batton üçüncü dövrədə Qutyerresi keçərək onuncu yerə yüksəlib. Həmilton isə Rikkardo ilə arasındakı fərqi bir saniyədən yuxarı qaldırıb, beləliklə də, avstraliyalı DRS-dən istifadə edə bilməyib.

Doqquzuncu dövrədə Rəykkönen və Rikkardo pit yoluna üz tutublar. Onuncu dövrədə Ferstappen, on birincidə Rosberq, Batton, Qrojan və Peres, onlardan da bir dövrə sonra isə Həmilton, Massa, Sayns və Alonso təkərlərini dəyişiblər. On üçüncü dövrədə Mask Kimini ötüb. Növbəti dövrədə isə yarışa müvəqqəti liderlik edən Fettel pit-stopa çağırılıb. Ferstappen Rosberqə hücumlar etməyə çalışsa da, çempionatın lideri vəziyyəti nəzarətində saxlayıb və buna imkan verməyib. İyirmi birinci dövrədən sonra ilk onluq belə olub: Həmilton – Rikkardo – Rosberq – Ferstappen – Rəykkönen – Fettel – Massa – Sayns – Alonso – Batton.

İyirmi beşinci dövrədə Rəykkönen SuperSoft təkərlərə keçib. Rikkardonun maşınına isə bir dövrə sonra finişə qədər getməyə imkan verəcək Medium təkərləri taxılıb. Növbəti dövrədə Ferstappen pit-stopa yollanıb. Bir dövrə əvvəl ona sürətlənməsi barədə təlimat verilib. Maks elə bilib ki, onu pit-stop üçün gözləyirlər, lakin bu, belə olmayıb. Mexaniklər pit-stop hazırlığını tamamlamamış ora çatan Maks xeyli vaxt itirib. Üç dövrə sonra Maksın maşınının ötürmələr qutusunda problem yaranıb və gənc hollandiyalı maşını kənara çəkməli olub. Onun maşını saxladığı yeri bir qədər təhlükəli hesab edən stüardlar Virtual Təhlükəsizlik Maşını rejimini aktiv ediblər. Otuz ikinci dövrədə Mercedes sürücüləri pit-stop ediblər ki, bu da Rikkardonun ikinci yeri itirməsi ilə nəticələnib.

Otuz doqquzuncu dövrədə Kimi son dəfə pit-stopa yollanıb. Təkərləri dəyişdikdən sonra trasa qayıtmaq istəyən finlandiyalı pit yolunun çıxışında maşını saxlayıb və yarış onun üçün bitib. Bunun səbəbi arxa sağ təkərin yaxşı bağlanmaması olub. Mühəndislərlə danışan Kimi maşını arxaya doğru – komandanın qarajına sürüb.

İlk onluqda gərgin mübarizə davam edib – Alonso Massanı keçərək altıncı yerə yüksəlib. Yarışın sonuna 4 dövrə qalmış arxadakı sürücülərdən kifayət qədər uzaqda olan Fettel SuperSoft təkərlərə keçib. Alman sürücü bir qədər sonra yarışın ən sürətli dövrəsini vurub.

Lyuis Həmilton ABŞ-da ümumilikdə beşinci, Ostində isə dördüncü qələbəsini qazanıb və Rosberqlə arasındakı xal fərqini 26-a salıb. Niko ikinci, Rikkardo isə üçüncü olub. Fettel yarışı dördüncü yerdə tamamlayıb. Son dövrədə Saynsa hücumlar edən Alonso onu ötüb və finiş xəttini 5-ci keçib.

Həmiltonun xal fərqini azaltması çempionatdakı vəziyyəti daha da gərginləşdirib. Bizi bir həftə sonra Meksikada qızğın mübarizə gözləyir…

Yer N Sürücü Komanda Zaman Pit
1 44 Lyuis Həmilton Mercedes AMG 1:38.12.618 2
2 6 Niko Rosberq Mercedes AMG + 0:04.520 2
3 3 Daniel Rikkardo Red Bull + 0:19.692 2
4 5 Sebastyan Fettel Ferrari + 0:43.134 3
5 14 Fernando Alonso McLaren + 1:33.953 2
6 55 Karlos Sayns Toro Rosso + 1:36.124 2
7 19 Felipe Massa Williams + 1 dövrə 3
8 11 Serxio Peres Force İndia + 1 dövrə 2
9 22 Censon Batton McLaren + 1 dövrə 2
10 8 Roman Qrojan Haas + 1 dövrə 2
11 26 Daniil Kvyat Toro Rosso + 1 dövrə 1
12 20 Kevin Maqnussen (*) Renault + 1 dövrə 3
13 30 Colion Palmer Renault + 1 dövrə 2
14 9 Markus Eriksson Sauber + 1 dövrə 1
15 12 Felipe Nasr Sauber + 1 dövrə 1
16 77 Valtteri Bottas Williams + 1 dövrə 2
17 94 Paskal Verlyayn Manor + 1 dövrə 2
18 31 Esteban Okon Manor + 2 dövrə 3

(*) – Maqnussenin yekun nəticəsinin üzərinə Kvyatla yaşadığı insidentə görə 5 saniyə əlavə edilib.

Sürətli dövrə: Sebastyan Fettel (Ferrari) – 1:39.877 (55-ci dövrə, 198.712 km/saat)

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə  Səbəb
Kimi Rəykkönen Ferrari 38 Təkərin tam taxılmaması
Maks Ferstappen Red Bull 28 Ötürmələr qutusu
Esteban Qutyerres Haas 16 Əyləc sistemi
Niko Hülkenberq Force İndia 1 Sükan idarəsi

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 6 Niko Rosberq Mercedes AMG F1 Team 331
2 44 Lyuis Həmilton Mercedes AMG F1 Team 305
3 3 Daniel Rikkardo Red Bull Racing 227
4 5 Sebastyan Fettel Scuderia Ferrari 177
5 7 Kimi Rəykkönen Scuderia Ferrari 170
6 33 Maks Ferstappen Red Bull Racing 165
7 11 Serxio Peres Sahara Force İndia F1 Team 84
8 77 Valtteri Bottas Williams Martini Racing 81
9 27 Niko Hülkenberq Sahara Force İndia F1 Team 54
10 14 Fernando Alonso McLaren Honda Formula 1 Team 52
11 19 Felipe Massa Williams Martini Racing 49
12 55 Karlos Sayns Scuderia Toro Rosso 38
13 8 Roman Qrojan Haas F1 Team 29
14 26 Daniil Kvyat Scuderia Toro Rosso 25
15 22 Censon Batton McLaren Honda Formula 1 Team 21
16 20 Kevin Maqnussen Renault Sport Formula 1 Team 7
17 30 Colion Palmer Renault Sport Formula 1 Team 1
18 94 Paskal Verlyayn Manor Racing MRT 1
19 47 Stoffel Vandorn McLaren Honda Formula 1 Team 1

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG F1 Team Mercedes 636
2 Red Bull Racing TAG Heuer 400
3 Scuderia Ferrari Ferrari 347
4 Sahara Force India F1 Team Mercedes 138
5 Williams Martini Racing Mercedes 130
6 McLaren Honda Formula 1 Team Honda 74
7 Scuderia Toro Rosso Ferrari 55
8 Haas F1 Team Ferrari 29
9 Renault Sport Formula 1 Team Renault 8
10 Manor Racing MRT Mercedes 1
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*