McLaren MP4-31-in arxa hissəsində yeniliklər
Britaniya komandası öz maşınının modernləşdirilməsi üzrə işləri buraxmır – və çox güman ki, bununla sonuncu yarışmayadək məşğul olacaqdır/
McLaren-də, öz cəhdlərini altlığın, diffuzorun və mühərriyin qapaq-örtüyünün öyrənilməsində cəmləşdirmişlər (1).
Cümə günü sərbəst yürüşlər zamanı komanda göstərici cihazları diffuzorun yuxarı səthində quraşdırdı, hər şeydən göründüyü kimi, onun dirsəyinin təhlili üçün (ağ kəsilmədə), bu da həmçinin əlavə metal uzatmaların istifadəsinə gətirib çıxardı (oxlarla göstərilib).
Bu metal mil-qollar artıq komanda tərəfindən istifadə olunmuş və altlığı təhlükəsizlik strukturu ilə birləşdirən daha yumşaqlarla tamlaşdırır, sərtliyi təmin etməyə kömək göstərir.
Eyni zamanda, arxa asılqanın elementləri üzərində, deyəsən, mühərriyin qapaq-örtüyünün arxa hissəsinə istiqamətlənmiş kiçik kameralar peyda olub (yuxarıdakı foto, qırmızı kəsilmə).
Gövdənin elementlərinin üzərinə tor çəkilib, o yəqin ki, təsvirlərlə iş zamanı dəqiqliyin artırılması üçün istifadə olunur və komandaya gələcəkdə bunlarla işləməkdən ötrü bir neçə dayaq nöqtəsi əldə etməyə imkan verir.
Burada hazırda aparılan heç də bütün işlərin bu ilin avtomobillərinə aid ola bilməz, amma şübhə yoxdur ki, testin göstəriciləri o hətta yerindən tərpənənə qədər indiki avtomobili daha yaxşı anlamaq və MP4-32-ni yaxşılaşdırmağa kömək göstərmək üçün aparılır.
McLaren-in ön qanadı – 2017-ci il konsepsiyasının bir hissəsidir
Ostinə Britaniya komandası antiqanadın yeni versiyasını gətirdi. O yeni mövsümün ərəfəsində, bolidin qabaq hissəsində ciddi dəyişikliklər gözlənilən vaxtda gedən işə kömək etmək üçündür.
Aydındır ki, cümə günü Fernando Alonsonun maşınına quraşdırılmış o qanadın çətin ki, gələn ilin modeli ilə çox ümumi cəhətləri olsun – amma hansısa ideyalar tamamilə ondan MP4-32-yə adlaya bilər (2).
Gözə ilk çarpan – əsas səthdə yan lövhə ilə yanaşı adətən baş kaskadda “tunelin” əvvəlini formalaşdıran tağ yoxdur.
Bunun əvəzinə əsas səthin bütün ön kənar-haşiyəsi kiçik və yuxarıya doğru olduqca rəvan əyilməyə malikdir (oxla göstərilib). O, qanadın altına daha çox havanı yenidən istiqamətləndirir.
Yaponiya Qran Prisində biz artıq gördük ki, McLaren digər komandalarda tapmağın mümkün olmadığı qeyri-standart ideyaları necə sınaqdan keçirir. Onların sırasında – “tunelin” qeyri-adi forması da var ki, bu zaman hava axını əvvəlcə bir qədər içəriyə və yalnız sonra hamısında olduğu kimi – qabaq təkərdən yan ötərək çölə meyillənir. Bu sübut edir ki, McLaren konsepsiyası həmin sahəyə böyük diqqət yetirir, təkcə təkər ətrafındakı öz məxsusi zonasına deyil, həm də maşının bütün yanı boyunca hava axınlarına toxunur (3).
Şübhə yoxdur ki, 2017-də ön qanadların xarici görünüşü qətiyyən indiki kimi olmayacaq – və bizim Ostində gördüyümüz konstruktorların müxtəlif ideyalar üzərində çalışdıqlarının sübutu ola bilər.
Ferrari SF16-H splitterindəki qanadcıq
Maranelloda iki dovşanın dalınca qaçmağa davam edirlər – komandanın yenilikləri indiki maşına sürət verməyə və 2017-ci ildə fayda gətirməyə xidmət edir.
Son yarışlarda Ferrari qabaqlama ilə hərəkət etməyə üstünlük verdi: maşının aşağı hissəsində aerodinamik elementlərin dəyişilməsi – o cümlədən Yaponiyada daha mürəkkəb dönmə pərlərinin və “yarasa qanadının” meydana çıxmasını 2015-ci il mövsümünün sonundakı analoji hərəkətlərin birbaşa nəticəsi adlandırmaq mümkündür (4).
Hazırda bütün komandaların xüsusi diqqət yetirdikləri sahə uzun müddət heç kəsi xüsusi maraqlandırmayıb, amma hər şey 2014-cü ildə, Mercedes-də həmin o “yarasa qanadı” tətbiq edilirkən dəyişdi.
Klirensin göstərici cihazının yanlarında quraşdırılmış iki kiçik element burun hissəsindəki müqavimət sipəri – altındakı sahədə hava axınlarının strukturunu dəyişməyə xidmət edir. O cümlədən, Y250 qasırğası ilə qarşılıqlı fəaliyyətdədirlər.
O vaxtdan bəri az həll dəfələrlə sınaqdan keçirilməyib, – misal üçün, Red Bull-da “qağayı qanadı” düşünüb tapdılar – o həmçinin müqavimət sipəri ilə klirensin göstərici cihazı olan hissədə birləşirdi, amma əks tərəfdən dönmə pərinin arxa kənar-haşiyəsi ilə qovuşurdu.
Ötən qış RB12 bolidi təqdim ediləndə dərhal aydın oldu ki, bu dəfə Milton-Kinsdə nəsə başqa şeyi sınaqdan keçirmək qərarına gəliblər. Bu dəfə kiçik qanadcıq birbaşa splitterin üzərində yerləşmişdi.
İdeyanın bütövlükdə əvvəlki kimi qalmasına baxmayaraq elementin aşağı keçirilməsi ona axınlarla başqa cür qarşılıqlı fəaliyyətdə olmağa imkan verir, elə həmin Y250 də daxil olmaqla (5).
McLaren-də Almaniya Qran Prisi zamanı öz məxsusi ideyalarını sınaqdan çıxardılar: qanad elə bu sahədədir, amma yuxarıdan splitterə deyil, burun hissədə aşağıdan şassiyə bərkidilib (6).
Ostindəki birinci cümə sərbəst yürüşlərində Sebastyan Fettelin SF16-H-ında da həmçinin splitterin üzərində qanadcıq görmək olardı – amma almaniyalı pilotun 19-cu dövrədə bir əli ilə sükanı tutduğu və digərilə boşalmış arxa görünüş güzgüsünü saxladığı həmin anda o porebrikə çox geniş girdi – və element titrəyişə dözməyərək yerindən qopdu.
Yuxarıdakı şəkildə onun iki deşiyi olan bərkitməsini görmək mümkündür – qanadcıq məhz orada idi.
Mövsümün ikinci yarısında Ferrari bir neçə həlli sınaqdan çıxardı. Növbəti mövsümdə bütün komandalar bu sahəyə böyük diqqət yetirməli olacaqlar, belə ki, qabaq hissənin həndəsəsi əhəmiyyətli dəyişikliklərə məruz qalacaq ki, bu da axınların mənzərəsinin köklü şəkildə dəyişilməsinə gətirib çıxaracaq.
Renault RS16 altlığı
Fransa komandasının Yaponiyada yeni altlıqdan istifadə etməsi göstərdi ki, kollektiv əvvəlkitək bu ilin maşınının səmərəliliyini yüksəltməyə çalışır, ancaq həmçinin də inkişaf üzrə işlər aparır ki, bunun nəticələrindən gələcəkdə yararlanmaq mümkün olacaq.
Yaponiyada təqdim edilmiş altlıq uzununa və şaquli bortcuqların başqa cür konstruksiyasına malikdir – bunların daxili olanları öz yerini iki elementə verirlər ki, təkərlə təmasa girən turbulent havanın mənfi effektini yumşaltsın (7).
Təkər fırlanma zamanı və yüklənmə altında deformasiyaya uğradıqda, hava axını onunla təmasdan sonra turbulent olur və təkərdən birbaşa diffuzora yönələrək onun səmərəliliyini pisləşdirir.
Bütün komandalar deşiklərdən və bortcuqlardan arxa təkərin önündə istifadə edirlər ki, axınların bu effektin təsirini azaldan aerodinamik strukturu qurulsun.
Əlbəttə, bu cür konstruksiyalar kifayət qədər tez-tez istifadə olunsa da, hər bir komandanın dizaynda özünün üstünlük verdiyi, avtomobilin konfiqurasiyasının özünəməxsusluqlarına əsaslanan məqamlar var – istər aerodinamik, ya da mexaniki sazlamalar olsun (8).
Avtomobilin bu hissəsi, heç şübhəsiz 2017-ci il ərəfəsində komandanın diqqət mərkəzində olacaq. Hətta böyük diffuzorla da effekt qorunub saxlanacaq, belə ki, təkər də eninə böyüyəcək – bu zaman turbulent axın başqa nöqtəyə düşməyə başlayacaq, bu hesabla ki, diffuzor onunla bərabər deyil, arxa təkərin oxundan 175 mm qabaqda başlayacaq.
Pirelli həmçinin 2017-ci il mövsümündə özünün təkər model sırası üçün digər konstruksiyadan istifadə edəcək. Bunlarda daha termik aşınma effekti işə qoşulmayacaq – komandalar bu məsələni aerodinamik boruda iş üçün İtaliya təkər istehsalçısı tərəfindən təqdim olunmuş təkərlərdən yararlanmaqla işləməlidirlər.
Yolda hazırlıq işləri belə fərz etməyə imkan verir ki, komanda altlığın köhnə ixtisaslaşmasını geri qaytarıb (yuxarı fotoda) – eynilə Yaponiya mərhələsində olduğu kimi, – hərçənd ki, yeni variantın həm də daha bir sınağını istisna etmək olmaz.
Red Bull RB12 əyləc “barabanları”
ABŞ Qran Prisinin məşqlərində komanda əvvəllər mövsüm gedişində başlanmış işi davam etdirərək ön əyləclərin yeni konfiqurasiyasını sınaqdan keçirdi.
İtaliya Qran Prisində “Öküzlər” indiyədək yalnız kiçik dəyişikliklərə məruz qalmış, demək olar ki, tam açıq versiyanı təqdim etdilər. O cümlədən, Sinqapurda “barabanların” ölçüsü yenidən azacıq böyüdü (9).
Amerika mərhələsində Red Bull istiliyin təkər diskinə və təkərə axınlarına daha yaxşı nəzarət etməyə can ataraq və bununla səmərəliliyi artıraraq öz diqqətini bir daha həmin hissəyə yönəltdi.
Ostində əyləc diski üzərində əlavə panel peyda oldu (aşağıdakı fotoda oxla göstərilib) – onda havanın keçməsi üçün bir neçə dəlik var.
Həmçinin də diqqəti özünə çəkən asimmetrik sxemdir – bu cür panel yalnız sağ “barabanda” istifadə olunur. Bu, o səbəbdən edilib ki, ABŞ-da tras – elə az olan traslardandır ki, burada maşınlar saat əqrəbinin əksi istiqamətində hərəkət edirlər (10).
Bu şəraitdə ön sağ təkərə düşən yük artır ki, bunun da səbəbindən istilik mübadiləsi məsələsi xüsusi mühümlük kəsb edir.
Pilotun bir təkər dəsti ilə qət etməyə qadir olduğu yol kəsiminin uzunluğu bundan asılıdır – burada da Red Bull-un Mercedes-lə bəhsə girmək şansı var.
Milton-Kinsdən olan komanda da həmçinin, cümə gününün bir hissəsini məlumat toplanışına həsr edib – sərbəst yürüşlərin gedişində maşınlar bir müddəti Kil göstərici cihazlarının böyük matrisaları ilə keçiriblər.
Onlar ön asılqanın və təkərin arxasında yerləşirdilər ki, bolidin bu hissəsində hava axınlarının paylaşmasının dəqiq mənzərəsini müəyyənləşdirsinlər. Sonradan real yolda toplanmış məlumatlar bazada modelləşdirmə vasitələrinin köməyi ilə alınan məlumatla tutuşdurulacaq.
Mühümdür ki, kiçildilmiş modellərin aerodinamik boruda üfləmələri və hesablama hidrodinamikasından istifadənin nəticələri reallıqla yaxşı uzlaşsın – bu indi, 2017-ci ilin maşınları üzərində konseptual işin əslində başa çatdığı və komandaların başlıcasında haqlı olduqlarından əminlik hasil etdikləri vaxtda xüsusilə əhəmiyyətlidir – belə ki, bu hazırlıq fazasının dəyişilmələri artıq çox baha başa gələ bilər.