ABŞ-2016: Sıralanma turu

Ostində bundan əvvəl keçirilən dörd yarışdan yalnız birində pouldan başlayan sürücü qalib gəlib - burada sıralanma turu həlledici rol oynamır, lakin qüvvələr nisbətini qiymətləndirməyə imkan verir.

F-1.az xatırladır ki, Pirelli Ostinə Medium, Soft və SuperSoft üçlüyünü gətirib. Bu trasda hər bir tərkiblər arasındakı fərq 1 saniyə olub. İlk dəfə gətirilən SuperSoft təkərlərinin resursu isə çox tez bitib. Həftəsonu Ostində hava yaxşı olub və komandalar sliklərlə və sazlanmalar üzərində kifayət qədər işləyiblər.

Birinci sessiyada Batton və Okon Soft-la trasa çıxıblar, lakin sürətli dövrələrini digər sürücülər kimi SuperSoft-la vurublar. Həmiltonun ilk cəhdində göstərdiyi nəticə protokollara başçılıq etməsi üçün kifayət edib – 1:36.296. Qrojan, Maqnussen, Batton, Verlyayn, Nasr və Okon mübarizəni dayandırıblar.

İkinci sessiyada Həmilton, Rosberq və Ferstappen Soft təkərlərlə trasa çıxıblar və onlar sabah yarışa məhz bu tərkiblə başlayacaqlar. Protokollara komanda yoldaşından fərqli strategiya seçərək yarışa SuperSoft-la başlayacaq Rikkardo başçılıq edib. Onun nəticəsi 1:36.255 olub. Massa, Eriksson, Qutyerres və Palmer ilk cəhdlərindən imtina ediblər – onlardan ancaq Massa ilk onluğa düşə bilib. Peres, Alonso, Kvyat, Qutyerres, Palmer və Eriksson mübarizəni dayandırıblar.

Üçüncü sessiyada Həmilton ilk cəhdində trasın yeni rekordunu müəyyən edib – 1:35.370. O, komanda yoldaşını cəmi 0.072 saniyə, Red Bull sürücülərini isə yarım saniyə üstələyib. Hülkenberq, Sayns və Williams-ın hər iki sürücüsü ilk cəhdlərindən imtina ediblər. Rosberq ikinci cəhdində 1:35.215-lin nəticə göstərərək Lyuisin ilk nəticəsini üstələyib. Lakin bir neçə saniyə sonra finiş xəttini keçən Lyuis trasın rekordunu daha da yaxşılaşdıraraq karyerasındakı 57-ci poulunu qazanıb – 1:34.999. Bu, britaniyalının, həmçinin, Ostindəki ilk pouludur. Sabah bizi olduqca maraqlı start və yarış gözləyir…

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1 1:36.296 4 3 1:36.450 3 1:34.999 6
2 6 Niko Rosberq Mercedes AMG 2 1:36.397 4 2 1:36.351 3 1:35.215 6
3 3 Daniel Rikkardo Red Bull 4 1:36.759 3 1 1:36.255 3 1:35.509 6
4 33 Maks Ferstappen Red Bull 3 1:36.613 3 7 1:36.857 3 1:35.747 6
5 7 Kimi Rəykkönen Ferrari 6 1:36.985 3 5 1:36.584 3 1:36.131 6
6 5 Sebastyan Fettel Ferrari 7 1:37.151 4 4 1:36.462 3 1:36.358 6
7 27 Niko Hülkenberq Force İndia 5 1:36.950 3 6 1:36.626 6 1:36.628 3
8 77 Valtteri Bottas Williams 10 1:37.456 3 9 1:37.202 6 1:37.116 3
9 19 Felipe Massa Williams 9 1:37.402 6 10 1:37.214 3 1:37.269 3
10 55 Karlos Sayns Toro Rosso 11 1:37.744 5 8 1:37.175 6 1:37.326 3
11 11 Serxio Peres Force İndia 8 1:37.345 4 11 1:37.353 6
12 14 Fernando Alonso McLaren 13 1:37.913 5 12 1:37.417 6
13 26 Daniil Kvyat Toro Rosso 12 1:37.844 6 13 1:37.480 6
14 21 Esteban Qutyerres Haas 15 1:38.053 7 14 1:37.773 3
15 30 Colion Palmer Renault 16 1:38.084 6 15 1:37.935 3
16 9 Markus Eriksson Sauber 14 1:38.040 8 16 1:39.356 3
17 8 Roman Qrojan Haas 17 1:38.308 8
18 20 Kevin Maqnussen Renault 18 1:38.317 6
19 22 Censon Batton McLaren 19 1:38.327 6
20 94 Paskal Verlyayn Manor 20 1:38.548 9
21 12 Felipe Nasr Sauber 21 1:38.583 8
22 31 Esteban Okon Manor 22 1:38.806 8
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*