Ona görə də, Ostin trasında sərbəst yürüşləri problemsiz keçirmək çox vacib olacaq…
Pol Hembri, Pirelli Motorsport: “Bizim üçün ABŞ yarışı çox vacibdir – sadəcə yarış kimi yox, həm də çox vacib bazar olduğu üçün. Bu ilin əvvəlində Los Ancelesdə bizim ilk P Zero World mağazamız açılıb.
Keçən il pis hava şəraiti üzündən Qran Pri çətin alınmışdı, ona görə də komandaların Ostində təkərlərin işi barədə aktual məlumatları yoxdur. Bundan başqa, bu il biz trasa ilk dəfə SuperSoft tərkibini gətirəcəyik, ona görə də optimal strategiyanı tapmaq üçün komandalara sərbəst yürüşlərdə məhsuldar işləmək vacib olacaq”.