Cümə axşamı Valtteri Bottas (Williams), Roman Qrojan (Haas), Lyuis Həmilton (Mercedes AMG), Niko Hülkenberq (Force İndia), Kevin Maqnussen (Renault) və Sebastyan Fettel (Ferrari) jurnalistlərin suallarına cavab verməli olacaqlar.
Cümə günü isə sürücüləri komandaların məsul işçiləri – Siril Abitebul (Renault), Mauritsio Arrivabene (Ferrari), Cin Haas (Haas), Kristian Horner (Red Bull), Monişa Kaltenborn (Sauber) və Toto Volff (Mercedes AMG) əvəz edəcəklər.
F-1.az xatırladır ki, şənbə və bazar günləri mətbuat konfransına sıralanma turu və yarışın ilk üçlüyü dəvət olunur…