F-1.az xatırladır ki, keçən mövsüm komandalar sərbəst yürüşlərdə yağış yağdığı üçün sliklərlə işləyə bilməmişdilər. Bu il isə işləmək vacib idi. Çünki komandalar təkərlərin bu trasda necə tərsir bağışlayacağını öyrənməli, buna uyğun olaraq, strategiyalar üzərində işləməlidirlər. Nəzərə almalıyıq ki, Ostində bu il ilk dəfə SuperSoft təkərlərdən istifadə olunacaq…
İkinci sərbəst yürüşlərin nəticələrinə əsasən görmək olar ki, SuperSoft təkərlər azı 15 dövrə öz effektivliyini saxlaya bilir – Soft təkərlərin ömrü isə bir qədər uzundur.
Sessiyanın əvvəlində Okon 17-ci döngədə yerində fırlanaraq trasdan çıxıb. O, boksa qayıtmalı olub. Bir qədər sonra isə yenidən sükan arxasına keçib. Sessiya 54-cü dəqiqədə 3-cü, 4-cü və 5-ci döngələrin olduğu ərazidə asfaltın üzərində olan kənar elementlərə görə qırmızı bayraqlarla dayandırılıb, bir neçə dəqiqədən sonra isə davam edib.
Rosberq cümə gününün ən sürətli dövrəsini vurub – 1:37.358. Ona cəmi 0.2 saniyəlik fərqlə uduzan Rikkardo Red Bull-un burada Mercedes AMG-yə yaxın ola biləcəyini göstərib. İlk üçlüyü Həmilton tamamlayıb. Sabah məşqlər davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 6 | Niko Rosberq | Mercedes AMG | 1:37.358 | – | 33 |
2 | 3 | Daniel Rikkardo | Red Bull | 1:37.552 | + 0:00.194 | 33 |
3 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:37.649 | + 0:00.291 | 32 |
4 | 5 | Sebastyan Fettel | Ferrari | 1:38.178 | + 0:00.820 | 35 |
5 | 33 | Maks Ferstappen | Red Bull | 1:38.258 | + 0:00.900 | 27 |
6 | 27 | Niko Hülkenberq | Force İndia | 1:38.508 | + 0:01.150 | 32 |
7 | 11 | Serxio Peres | Force İndia | 1:38.568 | + 0:01.210 | 31 |
8 | 22 | Censon Batton | McLaren | 1:38.713 | + 0:01.355 | 29 |
9 | 14 | Fernando Alonso | McLaren | 1:38.801 | + 0:01.443 | 30 |
10 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:38.865 | + 0:01.507 | 31 |
11 | 55 | Karlos Sayns | Toro Rosso | 1:38.971 | + 0:01.613 | 31 |
12 | 20 | Kevin Maqnussen | Renault | 1:39.159 | + 0:01.801 | 23 |
13 | 12 | Felipe Nasr | Sauber | 1:39.189 | + 0:01.831 | 28 |
14 | 77 | Valtteri Bottas | Williams | 1:39.197 | + 0:01.839 | 34 |
15 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:39.202 | + 0:01.844 | 36 |
16 | 19 | Felipe Massa | Williams | 1:39.281 | + 0:01.923 | 30 |
17 | 30 | Colion Palmer | Renault | 1:39.455 | + 0:02.097 | 34 |
18 | 8 | Roman Qrojan | Haas | 1:39.554 | + 0:02.196 | 24 |
19 | 31 | Esteban Okon | Manor | 1:40.086 | + 0:02.728 | 27 |
20 | 21 | Esteban Qutyerres | Haas | 1:40.114 | + 0:02.756 | 26 |
21 | 9 | Markus Eriksson | Sauber | 1:40.219 | + 0:02.861 | 28 |
22 | 94 | Paskal Verlyayn | Manor | 1:41.131 | + 0:03.773 | 31 |