F-1.az avtodromun rəsmi səhifəsinə istinadən bildirir ki, cümə günü hava +26 dərəcəyədək qızacaq, zəif şimal-şərq küləyi əsəcək. Şənbə günü küləyin istiqaməti cənub-şərqə dəyişəcək, temperatur isə +27 dərəcəyə qalxacaq.
Bazar günü termometrlər +30 dərəcə istilik göstərəcəklər, güclənən cənub küləyi isə buludlar gətirəcək – amma yağışın yağma ehtimalı hələlik cəmi 10%-dir.