F-1.az idarənin rəsmi saytına istinadən bildirir ki, bukmeykerlərin fikrincə, Lyuis Həmilton son dörd ildə üç dəfə qalib gəldiyi Ostində yenə də qələbəyə ən yaxın sürücü olacaq. Onun komanda yoldaşı Niko Rosberqin şansları bir qədər az qiymətləndirilib. Red Bull-un hər iki sürücüsünün şansları eyni qiymətləndirilib. Bukmeykerlər düşünürlər ki, Fettel Ostində qalib gəlməyə ən yaxın 5-ci sürücü olacaq…
ABŞ Qran Prisində qələbə (sürücülər) | |
Lyuis Həmilton | 2.25 |
Niko Rosberq | 2.37 |
Daniel Rikkardo, Maks Ferstappen | 12.00 |
Sebastyan Fettel | 13.00 |
Kimi Rəykkönen | 29.00 |
Serxio Peres, Niko Hülkenberq | 201.00 |
Mövsümün sonuna dörd yarış qalıb və sadəcə Mercedes AMG sürücüləri çempionluq şanslarını saxlayıblar. Bukmeykerlər 33 xal irəlidə olan Nikonu titulun əsas namizədi hesab edirlər.
Dünya çempionatında qələbə (sürücülər) | |
Niko Rosberq | 1.17 |
Lyuis Həmilton | 4.50 |