F-1.az xəbər verir ki, AADA-nın mətbuat relizində deyilir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə həyata keçirilən «Yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı» çərçivəsində görülən işlərin daim diqqət mərkəzində saxlanılması, ölkədə avtomobil parkının cavanlaşması, ətraf mühitin qorunması, cəmiyyətdə sürücülük mədəniyyətinin aşılanması və s. məsələləri əhatə edən aktual materialların hazırlanmasına görə kütləvi informasiya vasitələrinə, eləcə də müstəqil jurnalist və blogerlərə təşəkkür edir, bu çətin və məsuliyyətli missiyaların həyata keçirilməsində qətiyyət və davamlı yaradıcılıq uğurları arzulayırıq”.
Təşəkkürnamələr aşağıdakı KİV və media nümayəndələrinə AADA-nın toplantısında təqdim ediləcək:
1. Rahim Tarıverdiyev (Mediapost.az)
2. Fərid Şahbazlı (Editor.az)
3. Bizimyol.info
4. Marja.az
5. İctimai TV
6. ARB 24
7. Avtosfer.az
8. Tural Yusifov
9. Elgün Xıdırov
10. Rəhim Əliyev
11. Ragif Raufoğlu
Qeyd edək ki, laureatlar arasında saytımızın təsisçisi və baş redaktoru Rəhim Əliyev də yer alıb…