F-1.az xatırldır ki, avstraliyalı sürücünün McLaren-dən ayrılacağı avqustdan məlum olsa da, iki tərəf arasında heç bir münaqişə yaşanmayıb. Sonda isə “narıncılar” Rikkardonun şərəfinə şənlik ediblər.
Andreas Zaydl: “Danielin gələcəyi barədə düşünəndə əsas istədiyim şey xoşbəxt olmasıdır. Özü üçün verdiyi qərarlardan razı görünür və ən əsas şey budur.
Əgər Əbu Dabidəki həftəsonuna baxsanız, onun üçün bazada etdiyimiz şənlik və dördüncü gün təşkil olunan barbekü qonaqlığı aramızın yaxşı olduğunu göstərir. Belə münasibətimiz olduğu üçün çox xoşbəxtəm. Onunla yenə də bir yerdə oturub pivə içərəm.
Nəticədə bu bir idmandır və idmanda birlikdə işlədiyimiz insanları sevirik. Arzuluyuram ki, yenidən peletona qayıtsın”.